Qazanılmış uğurlar arxayınçılıq yaratmır

Dünən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Gənc Tamaşaçılar Teatrında illik fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat toplantısı keçirdi.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mərkəzin tərəfdaş qurumları, şəhər və regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin nümayəndələri, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri, KİV və digər ictimai təşkilatların nümayəndələri  iştirak edirdilər.

Əvvəlcə mərkəzin birillik fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirildi. Hesabat məruzəsi ilə mərkəzin direktoru Asif Usubəliyev çıxış etdi. Bildirdi ki, ötən dövr ərzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə ciddi nailiyyətlər əldə olunmuş, struktur islahatları aparılmış, mövcud ənənələri qorumaqla yeniləşmə, müasirləşmə əsas məqsəd olmuşdur. Bunlardan əlavə, il ərzində müəssisə ümumi iştirakçılarının sayı 28 000 nəfərdən çox olmaqla 100-ə yaxın müxtəlif yönlü tədbir keçirmişdir. Təlim və metodiki tədbirlər, elmi-praktik konfranslar və seminarlar, yubiley və əlamətdar tarixi hadisələr, müqavilələr və əməkdaşlıq əlaqələrinə həsr olunmuş toplantılar, internet-aksiyalar, fleşmoblar, kütləvi və “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun tədbirləri bu sıradandır. Onların əksəriyyəti regionlarda keçirilmişdir. Tədbirlər kontingentinin 60 faizini gənclər təşkil etmişdir. Dövr ərzində metodiki kömək göstərilməsi məqsədi ilə mərkəzin 47 əməkdaşı 275 dəfə 33 regiona ezam olunmuşdur.

Direktor qeyd etdi ki, mərkəz tərəfindən təşkil olan təlimlərin coğrafiyası 43 rayonu əhatə edir. Təlimlərdə iştirak edənlərin sayı isə 560 nəfərə çatmışdır.

Mərkəzin fəaliyyətinin bir istiqaməti də metodiki vəsaitlərin hazırlanmasından ibarət olmuşdur. Müəssisə il ərzində 32 adda müxtəlif məzmunlu belə vəsait hazırlamışdır. “Azərbaycan mədəniyyəti ilə əlaqədar saxtalaşdırma, mənimsənilmə və təhrif olunma faktlarını özündə əks etdirən müxtəlif xarici internet resurslarının, Vikipediya materiallarının monitorinqi nəticəsində mərkəzin işçi qrupu tərəfindən 246 fakt aşkar olunmuşdur: “Müəssisə il ərzində özünün və nazirliyin internet resursları, eləcə də KİV-lərlə aktiv iş aparmışdır. Nazirliyin rəsmi saytında mərkəzin məlumatlarına baxış sayı 3000-ə, müxtəlif xəbər portallarında isə 35 000-ə çatmışdır. Mətbuatın diqqətini cəlb edən əsas mövzular isə gənc mədəniyyət işçiləri və regionlarla iş, mərkəzin internet resursları və rayonların mədəni həyatı olmuşdur”.

Sonda müəssisənin perspektiv fəaliyyət istiqamətlərinin müzakirəsi ilə bağlı müzakirələr aparılmış və işçilərə nazir tərəfindən yeni vəsiqələr təqdim olunmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında