“Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik”

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qədim dövlətlərimiz, şəhərlərimiz, abidələrimiz: biz nə bilirik” mövzusunda ali məktəb tələbələri üçün bilik müsabiqəsi təşkil ediblər.  Müsabiqə Qafqaz Albaniyasının şəhərlərini, abidələrini öyrənmək məqsədi daşıyır.

Müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri cəlb olunublar.

Bilik Fondunda təşkil olunan müsabiqənin sualları Azərbaycan tarixinin erkən orta əsrlər dövrünü əhatə edib. İştirakçılar Qafqaz Albaniyasının qədim şəhəri, Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri kimi tanınan  və  monqol işğalı nəticəsində  dağıdılan  Şəmkir şəhəri, Qarabağın Alban dövrü şəhərləri və abidələri, Alban Apostrol kilsəsi ilə bağlı suallara cavab veriblər. 3 turdan ibarət müsabiqədə “Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan  mağara-məbədlər, bu abidələr ilə bağlı tarixi-kulturoloji məqamlara tələbələr aydınlıq gətirməyə çalışıblar.

Bilik müsabiqəsinin nəticələrini münsiflər heyətinin üzvləri – Azərbaycanın tanınmış alimləri – tarix elmləri doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru  İmaş Hacıyev qiymətləndirərək, tələbələrə tövsiyələrini veriblər.

Sonda Bakı Dövlət Universitetinin tələbələri qalib elan olunub və onlara diplomlar təqdim edilib.

Müsabiqənin yekunu olaraq, Tarixçi Tələbələr Klubu yaradılıb.

Azərbaycan multikulturalizminin ilkin qatlarından olan Qafqaz Albaniyasının tarixini – şəhərlərini, abidələrini, mədəniyyətini öyrənmək məqsədi ilə iki ildir silsilə tədbirlər keçirilir. 

Bilik Fondu və Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər rəngarəngliyi və mövzularının əhatə dairəsi ilə bir-birindən fərqlənib. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bu istiqamətdə görülən işlər sürətləndirilib və effektivliyi artırılıb. Təşkilatçılar Qafqaz Albaniyasının öyrənilməsi istiqamətində coğrafi yerlərlə tanışlıq məqsədi ilə turlar təşkil edib, xarici qonaqların da iştirakı ilə  konfranslar keçirib, alimlərin müxtəlif  bölgələri əhatə edən elmi mühazirələri təşkil olunub, KİV orqanlarında müzakirələr açılıb.

Bilik Fondunun informasiya təminatı sektorundan bildirmişlər ki, ən qədim yaşayış məskənlərimizin haqqında yeni bilgilərin əldə olunması və təbliğatının aparılması istiqamətində fəaliyyət davamlı xarakter daşıyır. 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında