Jurnalistlər “Həyəcan siqnalı-2” layihəsində

Ermənistan tərəfindən atəşkəsin mütəmadi olaraq pozulduğu, hərbi təxribat cəhdlərinin və Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi dövrdə hərbi sahədən yazan, eləcə də cəbhədən informasiya hazırlayan jurnalistlərin peşəkarlıq qabiliyyətinin artırılması, onların ekstremal şəraitdə təhlükəsizlik qaydalarına riayət etməsi, həm də cəmiyyətə operativ və obyektiv informasiya ötürməsi olduqca aktual məsələdir. Odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının, Sağlam Düşüncə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə reallaşan “Həyəcan siqnalı-2” layihəsi maraqla qarşılandı.

Layihənin açılış mərasimində "Həyəcan siqnalı-2” layihəsinin rəhbəri Türkan Nadirqızı çıxış edərək layihənin aktuallığından danışdı. Bildirdi ki, ekstremal jurnalistika, müharibə jurnalistikası sahəsində gənc jurnalistlərin bilik və bacarıqlarının artırılması önəmlidir. Jurnalistlərin bu sahədə ixtisaslaşması hərbi jurnalistikamıza ən böyük töhfədir.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparıcı məsləhətçisi Aişə Məhərrəmova təmsil etdiyi qurumun gənclərə faydalı olan layihə və ideyaların hər zaman dəstəkləndiyini vurğuladı. Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Əməkdar jurnalist, ehtiyatda olan mayor Rəşid Faxralı Qarabağ müharibəsi dövründə jurnalistlərin cəbhədə hansı şəraitdə fəaliyyət göstərməsi, eləcə də öz təcrübəsi barədə iştirakçılara məlumat verdi.

 “Həyəcan siqnalı-2” layihəsinin növbəti günündə “Dinc dünya” Araşdırma Mərkəzinin rəhbəri, hərbi jurnalist Əlisafa Mehdiyev “Müharibə jurnalistikasının qaydaları” mövzusunda çıxış etdi. O, ekstremal şəraitdə necə davranmaq və hansı təhlükəsizlik qaydalarına riayət etmək, ­qaynar nöqtələrdən dolğun informasiyanı necə hazırlamaq barədə danışdı. O, həmçinin beynəlxalq təcrübədən bəhs edərək cəbhə jurnalistinin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, qanlı müharibələri işıqlandıran belə jurnalistlər bir sıra unikal kadrları və fotoları ilə ad-san qazanmışlar.

“Azərbaycan ordusu” qəzetinin əməkdaşı Lalə Hüseynova çıxışında müharibə illərində mətbuatın fəaliyyətindən, jurnalistlərin iş prinsiplərindən bəhs etdi. Layihə çərçivəsində dəvət edilmiş ekspertlərin maraqla qarşılanan çıxışları iştirakçılarda müsbət təəssürat yaratdı.

 Qeyd edək ki, layihə çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərən bir qrup gənc jurnalistə “Son dövrün ekstremal jurnalistika təcrübəsi”, “Müxbirin ekstremal şəraitdə davranış metodları”, “Müharibə jurnalistikasının qaydaları ilə bağlı nəzəri və praktiki bilikləri” barədə ətraflı məlumat verildi. Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olundu.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında