Ulu öndərə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ulu öndərin həyat yolunu əks etdirən geniş kitab sərgisi və “Heydər Əliyev mədəniyyətimizin hamisidir” filminin nümayişi olmuşdur.

Tədbirdə çıxış edən kitabxananın direktoru, professor Kərim Tahirov ümummilli liderin həyat yoluna nəzər salmış, onun  xalqımız qarşısındakı sonsuz xidmətlərindən, mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açmışdır. Bildirmişdir ki, bu dahi şəxsiyyət mədəniyyət və incəsənət xadimlərinin əməyini  həmişə  yüksək qiymətləndirmiş, onların  yaratdıqları əsərləri   xalqın mənəvi sərvəti kimi dəyərləndirmişdir. Sovetlər dönəmində  nə qədər sənətçimiz ulu öndərin   köməyi ilə SSRİ-nin yüksək fəxri adlarına, orden və medallarına layiq görülmüşlər.  Neçə-neçə yazıçı, şair, rəssam, bəstəkar və müğənnimiz  Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti  fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı laureatı olmuşdur.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də ulu öndər  mədəniyyət və incəsənət  xadimlərinə  öz qayğısını əsirgəməmiş, onların sosial rifah halının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Ulu öndərin hakimiyyəti illərində Azərbaycanda kitab və kitabxana işinə xüsusi  qayğı ilə yanaşılmış, Milli Kitabxananın fəaliyyəti genişləndirilmiş, oxuculara xidmət işi təkmil-ləşdirilmişdir.

Kitabxanamızda ulu öndərin  ictimai-siyasi fəaliyyətinə həsr olunmuş kitablar, onun Azərbaycan xalqının mənəvi xəzinəsinə  çevrilən əsərləri çox qiymətli milli sərvət kimi  qorunub saxlanılır. Bu gün təşkil etdiyimiz  sərgidə  tamaşaçılar  həmin  nəşrlərlə  tanış ola biləcəklər.

Sonra  tədbirə  toplaşanlar ümummilli liderin zəngin həyat yolunu əks etdirən kitab sərgisinə baxmağa  dəvət  olunmuşlar. Sərgi bir neçə gün davam edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında