Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş konfrans

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) və BMT-nin birgə təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Hər bir kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi: qanunvericilik və Azərbaycan təcrübəsi” adlı konfrans keçirilmişdir. 

Tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova  insan hüquq və azadlıqlarının dünyada yaşayan hər bir insan üçün önəmli olduğunu vurğuladı və  onların təmin edilməsi istiqamətində görülən işlərdən danışdı.

 Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında dövlətin insan hüquq və azadlıqları ilə bağlı qanunvericilik bazası, Azərbaycanın beynəlxalq sənədlərə qoşulması barədə məlumat verdi: “ Hər bir insanın hüquqları çox mühüm amildir və bu hüquqlar təmin edilməlidir. Bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının  25-ci ildönümünü qeyd etdik.  Bu 25 il ərzində Azərbaycan digər sahələrlə yanaşı, insan hüquq və azadlıqlarının qorunması  sahəsində də bir sıra uğurlar əldə edib”.

B.Muradova Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox insanın məcburi köçkünə çevrilməsi və hüquqlarının kobud şəkildə pozulmasından danışaraq, onların öz yurdlarında yaşamaq hüququnun bərpa ediləcəyi günün reallaşacağını da bildirdi.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai qeyd etdi ki, hər il 10 dekabr bütün dünyada “Hər bir insanın hüququnu müdafiə et!” şüarı ilə keçirilir. Beynəlxalq İnsan Hüquqları ilə bağlı bəyannamə bəşəriyyətə ünvanlanmış ən böyük töhfədir.

Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov ölkəmizdə “İnsan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı qanunvericilik və təcrübə” mövzusunda danışdı. Qeyd etdi ki, cəmiyyətdə gedən ictimai dəyişikliklərə uyğun olaraq, Konstitusiyamıza bir neçə dəfə əlavə və dəyişikliklər edilməsi onun daha da mükəmməlləşməsinə xidmət edir.

Daha sonra BMT-nin  Qaçqınlar Üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis  “Qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi: dəstək və əməkdaşlıq”,  Milli Məclisin deputatı Mixail Zabelin “Azərbaycanda milli azlıqların hüquqlarının müdafiəsi”, Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev  “Antikorrupsion islahatların insan və vətəndaş hüquq və azadlıqlarının təminatında rolu”,  Azərbaycan Respublikasının  Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov  “Azərbaycanda qaçqın və məcburi köçkünlərin insan hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən fəaliyyət”, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin müavini  Pərviz Musayev ” Azərbaycanda miqrantların, o cümlədən sığınacaq axtaran şəxslərin hüquqlarının qorunması” mövzusunda çıxışlar etdilər.

Fəal fikir mübadiləsi şəraitində keçən konfransın sonunda ombudsmanın ənənəvi olaraq keçirdiyi “Hüquqlar hamı üçün!” mövzusunda jurnalist yazıları, “Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqəsi qalibləri mükafatlandırıldı.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında