Tibb Universitetində professor Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub

Dekabrın 7-də Azərbaycan Tibb Universitetində (ATU) AMEA-nın müxbir üzvü Aqil Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli  AMEA-nın müxbir üzvü Aqil Əliyevin həyat və fəaliyyətindən, onun müəllifi olduğu araşdırma və təşəbbüslərdən danışıb. Professor Aqil Əliyevin həyatı haqqında qısa məlumat verən rektor xatırladıb ki, o, 1953-cü ildən etibarən həyatının sonuna qədər Azərbaycan Tibb Universitetində çalışıb, gənc yaşlarından öz taleyini, gələcəyini iqtisad elminin inkişafına həsr edib: “Aqil Əliyev ATU-da müəllim, dosent, professor vəzifələrində işləyib. O, həyatının sonuna qədər ATU-nun iqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasının müdiri vəzifəsini icra edib”.

Rektor G.Gəraybəyli qeyd edib ki, professor Aqil Əliyevin elmi araşdırmaları həm sovet, həm də dünya iqtisadiyyatına böyük töhfələr verib. Onun Azərbaycan elmi qarşısındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, A.Əliyev 1983-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2005-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

Daha sonra AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev tədbir iştirakçılarına professor Aqil Əliyevin elmi, pedaqoji və ictimai fəaliyyəti haqqında məlumat verərək, onu zamanın “səddini keçən görkəmli alim” kimi dəyərləndirib: “Uzun illərdir ki, xalqımızın ən görkəmli alimləri, elm, sənət adamlarının yubileyləri davamlı şəkildə keçirilir. Əməkdar elm xadimi Aqil Əliyevin 90 illik yubileyinin qeyd olunması böyük əhəmiyyət daşıyır.

Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək Aqil Əliyevin şərəfli ömür yolu ilə bağlı xatirələrini bölüşüb.Bildirib ki, tarixi faktlar da Azərbaycanda iqtisad elminin hərtərəfli inkişafında görkəmli iqtisadçıların rolunun olduğunu göstərir. Bu tarixin layiqli nümayəndələrdən biri də Aqil Əliyev olub.

Azərbaycanda Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxışında Aqil Əliyevlə bağlı xatirələrinin onun həyatında unudulmaz izlər qoyduğunu bildirib. O, Aqil Əliyevin sadə və təvazökar şəxsiyyət olaraq hər kəsin qəlbində öz abidəsini ucaltdığını vurğulayıb.

Aqil Əliyevin ailə üzvləri adından Zərifə Əliyeva çıxış edərək, belə mötəbər tədbirin təşkilinə görə professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin və onun xanımının ölkəmizin inkişaf etdirilməsi, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı gördükləri işlər göz önündədir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında