Rusiyalı müğənni Alsu Leyla Əliyevanın sözlərinə yazılmış mahnı ifa edib

Rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Gedim bir az ağlayım” mahnısını ifa edib. Mahnı əsasında çəkilmiş yeni klip “YouTube” da ilk dəfə təqdim olunub.

Qeyd edək ki, bu yaxınlarda Alsunun üçüncü övladı – Rafel adlı oğlu dünyaya gəlib. Klip müğənninin həyatında baş vermiş bu xoş hadisədən sonra ilk yaradıcılıq işidir. “Gedim bir az ağlayım” mahnısını müğənni gitaranın müşayiəti ilə ifa edir. Lirik kompozisiyada təsvir olunan romantik qəhrəman qəlbindəki iztirablara baxmayaraq, füsunkarlığını itirmir.

Mahnını Nigar Çəndirli və Dmitri Klimaşenko bəstələyib. Klipin rejissoru Mariya Unjakova və Pavel Sidorovdur.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında