“Azərbaycan möcüzələri” İsraildə sərgilənəcək

 İsraildə ölkə ictimaiyyətini Azəbaycanın tarixi, memarlığı, təbii zənginlikləri və insani dəyərləri ilə tanış edən yeni layihəyə start verilib. Heydər Əliyev Fondu və yerli bələdiyyələrin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycanın 7+7 möcüzəsi” adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsin­dən aldığımız məlumatda bildirilir ki, Tirat-Karmel şəhərindən başlayan sərginin ziyarətçiləri bu fotolarda Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şəki Xan sarayı kimi Azərbaycanın müasir və tarixi memarlıq şedevrləri ilə tanış ola biləcək. İzləyicilər həmçinin, Qobustan, İçərişəhər, Qala qoruğu kimi tarixi yerlər, Bibiheybətdəki qədim neft yataqları, Naftalan, palçıq vulkanları kimi unikal müalicə ocaqları ilə virtual tanış olmaq ­imkanı əldə edəcək.

Sərginin açılış mərasimində çıxış edənlər Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən danışıblar. Qeyd olunub ki, Qırmızı Slobada yəhudi qəsəbəsi, alman koloniyası, atəşpərəstlərin ibadət yeri olan Atəşgah memarlıq kompleksi Azərbaycan xalqının tolerantlığından xəbər verir.

Tirat-Karmel şəhərinin meri Arye Tal Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Azərbaycanın təbii resurslarının müxtəlifliyi və zənginliyinə, mədəniyyətinə və tarixinə heyran olduğunu bildirib. Şəhər meri ölkəmizə və xalqımıza bəslədiyi rəğbətini, rəhbərlik etdiyi şəhərdə əhalinin böyük hissəsini məhz Azərbaycandan gələn yəhudilər təşkil etdiyi üçün qürur duyduğunu dilə gətirib.

Tədbirdə Tirat-Karmel şəhər merinin müavini Mixael Koen, şəhər şurasının üzvləri, Kiryat-Yam şəhər merinin müavini Adam Amilov, Hayfa dairəsi üzrə absorbsiya naziri Asaf Qerti və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tədbir Qafqazdan olan artistlərin konsert proqramı ilə yekunlaşıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında