“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Dəyirmi zalında AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Çingiz Qacarın rus dilində nəşr edilən “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev açaraq  öncə akademik Çingiz Qacarın salamlarını mərasim iştirakçılarına çatdırıb. O, Naxçıvan tarixinə həsr edilmiş kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, ulu öndər Hеydər Əliyеvin əziz xatirəsinə həsr olunan və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Əcəmi” nəşriyyatında yüksək poliqrafik səviyyədə çap edilən dəyərli əsərdə Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, eyni zamanda, görkəmli şəxsiyyətləri barədə məlumatlar və foto-şəkillər öz əksini tapıb.

Daha sonra “Dünyanın qədim şəhərlərindən biri olan Naxçıvanın tarixinə həsr edilmiş dəyərli əsər” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev geniş məruzə edib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyev, həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev çıxış edərək,  “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının rus dilində nəşr olunmasını Naxçıvan tarixinin dünyada təbliği istiqamətində böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında