Azərbaycan diasporu Moskvada keçirilən Xalq Birliyi Günü paradında iştirak edib

Rusiyadakı Azərbaycan diasporu Moskvada Kreml meydanında keçirilən Xalq Birliyi Günü paradında iştirak edib. “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin məlumatına görə, paradda Azərbaycan diasporunun üzvləri və tələbələr fəal iştirak ediblər.

Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İnkişaf və İntibah Fondu və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyinin qatıldığı paradda yüzlərlə həmyerlimiz Azərbaycan bayraqlarını dalğalandırıb və Azərbaycanla bağlı şüarlar səsləndirib. Həmçinin tədbir boyu “Qarabağ” ansamblının ifasında milli musiqi nömrələri təqdim olunub. Moskvadakı Azərbaycan diasporu artıq üçüncü ildir ki, bu paradda iştirak edir.

Qeyd edək ki, Rusiyada Xalq Birliyi Günü 1612-ci ildə Moskvanın polşalı müdaxiləçilərdən azad edilməsi şərəfinə təsis olunub. 2005-ci ildən qeyd olunan bayram istirahət günü sayılır və həmin gün Rusiyanın şəhərlərində bayram mitinqləri və nümayişlər keçirilir, konsertlər verilir, tarixi meydan tamaşaları göstərilir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında