Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti “Mühəndislik şöhrəti” ordeni ilə təltif olunub

Azərbaycan Mühəndislik Akademiyasının (AMA) vitse-prezidenti, Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) həqiqi üzvü, Rusiya Mühəndislik Akademiyasının əcnəbi üzvü, texnika elmləri doktoru, professor Əhəd Canəhmədova BMA-nın ali mükafatı – “Mühəndislik şöhrəti” ordeni təqdim olunub.

AMA-dan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata mühəndislik elminin inkişafında böyük xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsində və tətbiqindəki uğurlu nəticələrinə, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasındakı və beynəlxalq əlaqələrin möhkəmlənməsindəki fəaliyyətinə görə layiq görülüb.

Mükafatı Ə. Canəhmədova BMA-nın Prezidentlər Şurasının qərarı ilə Beynəlxalq və Rusiya Mühəndislik akademiyalarının prezidenti, SSRİ-nin və Rusiyanın dövlət mükafatları laureatı, akademik Boris Qusev təqdim edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında