Bakıda VII Avropa film festivalı

Yeddi ildir ki, ardıcıl olaraq  keçirilən Avropa  Film Fesivalı böyük əks-səda doğurmuşdur. Festival Avropa İttifaqının  Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

 Bu festivalın  çoğrafiyası  ildən-ilə  genişlənməkdədir. Builki festivalda Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq. Bütün filmlər 2015-2016-cı illərin istehsalıdır. Filmlər orijinal dillərində ingiliscə alt yazılarla nümayiş olunacaq. Ümumiyyətlə, festivalda Avropa İttifaqının 19 ölkəsində istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunacaq. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda – komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim ediləcək. Burada nümayiş etdiriləcək filmlər vasitəsilə Avropa mədəniyyəti müxtəlif rakurslardan göstəriləcək.

Noyabrın 3-dən 12-dək keçiriləcək  festival çərçivəsində  “Azərbaycanfilm”  kinostudiyası tərəfindən lentə alınmış  “Qırımızı bağ”  yeni filmi də nümayiş olunacaq. Film  festivala  Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunub.

Festivala  hazırlıqla bağlı keçirilən mətbuat konfransında “Park Cinema” kinoteatrlar şəbəkəsinin baş direktoru Namiq Quliyev bildirib ki, iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və “Park Cinema” kinoteatrlar şəbəkəsinin genişmiqyaslı PR kampaniyası həyata keçirilir. Festivalın müddəti 10 günədək artırılıb.

Nəzərə çatdırılıb ki, filmlər proqrama əsasən “Park Cinema” kinoteatrlar şəbəkəsinin “Park Bulvar”, “Metropark” və “Flame Tower” kinoteatrlarında nümayiş olunacaq.

 Mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da festival haqqında məlumat verib: “Yeddi  ildir ki, Avropa Film Festivalı Azərbaycanda keçirilir. Bu,  çox xoş məqamdır. Festival çərçivəsində tamaşaçılar və jurnalistlər üçün esse və məqalə yarışması keçiriləcək. Yazılar Aİ-nin Azərbaycandakı nümayəndəliyinin “facebook” səhifəsində yerləşdirilməlidir. Qaliblər fevralda keçiriləcək Berlin  Beynəlxalq Film Festivalında iştirak etmək imkanı qazanacaqlar”.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında