Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş baxış-müsabiqəsi

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi yeni baxış-müsabiqəsinə start verib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunmuş incəsənət sahələri üzrə baxış-müsabiqəsində Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən ümumi təhsil, məktəbdənkənar təhsil müəssisələrinin 11–17 yaşlı uşaq və gəncləri iştirak edir.

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, müsabiqənin keçirilməsində məqsəd Nizami Gəncəvinin yaradıcılığından bəhrələnməklə incəsənətin müxtəlif sahələri ilə gənc nəsli tanış etmək, onlarda klassik irsə məhəbbət hissi oyatmaq, “Xəmsə”nin süjetləri əsasında təsviri və tətbiqi sənət bacarıqları olan gənc istedadları üzə çıxarmaqdır. Həmçinin Nizami Gəncəvinin poemalarına musiqi yazmış Azərbaycan bəstəkarlarını tanıtmaq, xalq mahnılarının təbliğ olunmasını və ifaçılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.

Müsabiqəyə təqdim olunan incəsənət nümunələrinin qiymətləndirilməsi Bakı və Gəncə şəhərlərində Təhsil Nazirliyinin, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Rəssamlar İttifaqının tanınmış mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən aparılacaq.  

Müsabiqədə iştirak etmək üçün Bakı şəhəri üzrə 80 ümumi təhsil müəssisəsi, 16 lisey və gimnaziya, 3 internat məktəbi və 3 yaradıcılıq mərkəzi elektron müraciət edib.

Respublika İncəsənət Gimnaziyasında keçirilən ilk baxışda münsiflər heyəti tərəfindən bədii qiraət üzrə 129, ifaçılıq üzrə 42 nömrə qiymətləndirilib.

Gəncə şəhərində bədii qiraət və musiqi üzrə müsabiqəyə baxış noyabr ayında keçiriləcək.

Təsviri və tətbiqi sənət əsərlərinin qiymətləndirilməsinin 25-30 noyabr 2016-cı il tarixlərində Təsviri Sənət Qalereyasında keçirilməsi nəzərdə tutulub.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında