“Azərbaycan Şekspir Xalçası” mükafatının qalibləri məlum oldu

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Kerol Meri Kroftsun təşkilatçılığı ilə dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin 450 illik yubileyinə həsr olunmuş “Ən yaxşı xalça” eskizi müsabiqəsi keçirilmişdir. Müsabiqəyə Britaniyanın “British Council” təşkilatının direktoru Elizabet Vayt rəhbərik etmişdir.

Müsabiqənin Azərbaycan rəssamları arasında keçirilməsi heç də təsadüfi deyildir. Təşkilat Komitəsindən bildimişlər ki, İngiltərənin ən məşhur mədəniyyət mərkəzi olanViktoriya Albert Muzeyində saxlanılan Şeyx Səfi xalçası dünyanın ən nadir sənət əsərlərindən hesab olunur. Ona görə də “Şekspir-450” xalçasının eskizinin Azərbaycan rəssamları tərəfindən hazırlanması məqəsədilə müsabiqə  keçirilmişdir.

Artıq müsabiqəyə yekun vurulmuş və Azərbaycan Xalça Muzeyində “Azərbaycan Şekspir Xalçası” mükafatlarının təqdimat mərasimi keçirilmişdir.

Münsiflər heyətinin üzvləri–Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Kerol Meri Krofts və Britaniyanın “British Council” təşkilatının direktoru Elizabet Vayt təqdim edilmiş çoxlu sayda yaradıcı və rəngarəng dizaynlardan bir neçə turdan sonra ən yaxşı 15-nin mükafata layiq görülməsi barədə razılığa gəlmişlər. Həmin əsərlər sərgidə nümayiş etdirilmişdir.

Əsas mükafata “Qanadlı Şekspir” eskizinə  görə Saatlı Tarix Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Muğanlı layiq görülmüşdür. Onun  eskizi əsasında “Şekspir-450” xalçası toxunacaq. Həmyerlimizi təbrik edirik.

Hüseyin EYNULLAYEV,
Saatlıda çıxan “Dönüş”
qəzetinin müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında