“Gəncliyin seçimi – müstəqillik”

Azərbaycan İstiqlal Muzeyi və Dövlət Rəssamlıq Akademiyası  muzeydə  müstəqilliyin bərpasının 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçirildi.

Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 60 əsəri nümayiş olunur.

Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxış ediblər.

Sərginin  açılışında  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin nümayəndələri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak ediblər. 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında