Azərbaycanın Latviya ilə mədəni əməkdaşlığı genişlənir

Son illər  Latviya ilə Azərbaycan arasında mədəni  əlaqələrin genişlənməsi istiqamətində bir sıra tədbirlər  həyata keçirilir.

Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,  Latviyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə "Art Nouveau (yeni incəsənət) memarlığı: Riqa və Latviya"  sərgisi bu əlaqələrin  yeni nümunəsidir.

Tədbirin açılış  mərasimində  mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək, Azərbaycan-Latviya tərəfdaşlığının bütün sahələri əhatə etdiyindən, ikitərəfli münasibətlərin uğurlu inkişafından və bu  əlaqələrin daha da inkişaf edəcəyindən danışmışdır.

Latviya Respublikası  Seyminin (Parlamentinin)  sədri  İnara Murnietse Azərbaycan ilə Latviya arasında münasibətlərin möhkəm əsaslar,  qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulamışdır. O, bu sərginin Bakıda, xüsusilə Milli Kitabxanada açılmasından məmnunluq duyduğunu bildirmişdir.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov əvvəlcə Latviya Milli Kitabxanası ilə əlaqələrindən söhbət açmışdır. Sonra o, Latviyaya həsr olunmuş sərgidən, xüsusilə Riqa şəhərinin gözəlliyindən, orada "Art Nouveau (yeni incəsənət)" adlı muzeyin fəaliyyət göstərdiydən danışmışdır.  Nümayiş olunan ekspozisiya haqqında söz açan K.Tahirov abidəlrin şəhərə xüsusi gözəllik verdiyini vurğulamışdır.  O, qonağa nəfis tərtibatla çap olunmuş  "Azərbaycan xalçaları. Qarabağ qrupu", "Azərbaycan xalçaları. İrəvan qrupu", "Qobustan--minilliklərin kitabı" (Azərbaycan və rus dillərində), "Qədim qalanın yuxuları"  (Azərbaycan və rus dillərində), "Qarabağ xanəndələri" (disk), "Azərbaycan Milli Kitabxanası. Fotoalbom" (Azərbaycan, ingilis və rus dillərində) kitablarını hədiyyə vermişdir. 

Xanım İnara Murnietse də öz növbəsində Latviyaya həsr olunmuş kitabları Milli Kitabxanaya təqdim etmişdir.

Tədbirdə Azərbaycan ziyalıları,  ayrı-ayrı ölkələrin Azərbaycan Respublikasındakı səfirləri, Milli Kitabxananın əməkdaşları və respublikanın iri və aparıcı kitabxanalarının direktorları iştirak edirdi.

Sərgidə Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan Latviyanın tarixindən, mədəniyyətindən, incəsənətindən, siyasətindən və s. bəhs edən müxtəlif dillərdə ədəbiyyat nümayiş olunur.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında