Cəmiyyətin, millətin gələcəyi etibarlı əllərdədir

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Beynəlxalq Müəllimlər Günü UNESCO-nun qərarı ilə 1966-cı ildən, müstəqil Azərbaycanda isə 1993-cü ildən qeyd edilməyə başlanıb.  5 oktyabr həyatını xalqın işıqlı gələcəyinə həsr edən nəcib peşə sahiblərinin bayramıdır. Ulu  öndər Heydər Əliyev müəllim peşəsini  həmişə  yüksək  qiymətləndirmış, onlara  böyük qayğı  və diqqətlə yanaşmış, "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram", – demişdir.

Azərbaycanın müstəqilliyi dövründə  təhsil  dövlət siyasətinin  prioritetlərindən olmuşdur.  Ulu öndərin   sərəncamı ilə  15 iyun  1999-cu ildə  qəbul edilmiş "Azərbaycan  Respublikasının təhsil sahəsində  İslahat Proqramı  milli  təhsilin inkişafında əsaslı  rol oynadı. Yeni məktəblərin inşasına  başlandı, köhnə məktəblər təmir olundu, məktəblərimizə informasiya texnologiyaları gətirildi.

Son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsil işçilərinə  hərtərəfli qayğısı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.   Təsadüfi deyil ki, 2003-cü ildən  sonrakı  dövrdə   təhsillə bağlı  20-dən çox  dövlət proqramı  qəbul olunmuşdur. Bu gün  Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bölgələri də əhatə edir.

Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz sambalı ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirak etməklə yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin  "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" – fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır.

Azərbaycanda  dərs ili yeni başlayıb. Ölkəmizin 4500-dən  çox ümumtəhsil məktəbində   160 minə yaxın müəllim dərs deyir. Ümumilikdə isə Azərbaycanda 200 minə yaxın pedaqoji işçi  çalışır. Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.

Bu gün təkcə  müəllimlərin  deyil, əslində, bütün  ­xalqın bayramıdır. Bayramımız mübarək olsun!

M.MÜKƏRRƏMOĞLU, 
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında