Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsüm ərəfəsində

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni – 89-cu teatr mövsümünü sentyabr ayının 17-də açacaq. Yeni mövsümdə teatr rəhbərliyi kiçikyaşlı teatrsevərləri də sevindirəcək. Balaca tamaşaçıların sevimli mədəniyyət ocağında həmin gün  bir sıra uşaq şeirlərinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Simax Şeydanın "Tülkü, tülkü, tünbəki" və görkəmli dramaturq  İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşaları nümayiş etdiriləcək.

Uşaqlar üçün tamaşa 2016-cı ilin "Multikulturalizm ili" elan olunması çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi Simax Şeydanın "Tülkü, tülkü, tünbəki" pyesi əsasında hazırlanıb. Balaca tamaşaçıların marağına səbəb olacaq eyniadlı səhnə əsərinə teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində Zülfiyyə Alhüseynova, Nuranə Əhmədova, Natiq Fərzəliyev, Elgün Yəhyayev, Yusif  Dadaşov, Bəhram Həsənov və Aydın Dəmirov iştirak edirlər.

İki hissəli psixoloji dram olan "Məhv olmuş gündəliklər" tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu Əməkdar artist Nicat Kazımovdur. Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nicat Kazımov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Elnur Hüseynov, Elnur Kərimov, Kərəm Hadızadə, Elşən Çarhanlı və başqaları iştirak edəcəklər.   

Teatr həmçinin sentyabr ayının 18-də Pərvinin "Dəcəl keçi" əsəri ilə uşaqları sevindirəcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni mövsümlə bağlı repertuarı bununla bitmir. Belə ki, Kalmık və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq, B.Basanqovun "Təəccüb doğuran hadisə" əsəri əsasında V.Şuqrayeva və Ə.Əmirlinin səhnələşdirdikləri "Qohumlar" tamaşası nümayiş etdiriləcək.

Əfsanə BAYRAMQIZI, 
" Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında