Azərbaycan fotoqraflarının əsərləri beynəlxalq fotofestivalda nümayiş olunub

Rusiyanın Çelyabinsk şəhərində Beynəlxalq Fotofestival açılıb. Festivala Azərbaycanla yanaşı, bir çox xarici ölkələrdən, həmçinin Rusiyanın ayrı-ayrı vilayətlərindən fotoqraflar qatılıb. Festival çərçivəsində 10-dan çox fotosərgi açılıb, seminarlar, “dəyirmi masa”lar, ustad dərsləri təşkil edilib.

Festivalın ikinci günü  AZƏRTAC, “Bakı” Media Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə hazırladığı  50 əsər nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə festivalda iştirak edən Azərbaycan foto ustalarının hazırladığı fotosərgi “Multikulturalizm” mövzusuna həsr edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Dövlətimizin başçısının təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan mədəniyyət, tolerantlıq və sivilizasiyalararası mədəniyyətlərə böyük önəm verən ölkələrdəndir. Xalqımız digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşamaqla bütün dünyaya tolerantlığın Azərbaycan modelini nümayiş etdirir. Çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin, etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir. Məhz bu səbəbdən də Azərbaycan fotoqraflarının təqdim etdikləri əsərlər böyük maraq doğurub.

Sərgidə Azərbaycan ərazisində yaşayan azsaylı xalqların təbiəti, məişəti, adət-ənənəsi və sənətkarlarının çox yüksək professional səviyyədə nümayiş olunduğu fotolarla birgə, “Bakı” Media Mərkəzinin hazırladığı videoçarx da qonaqlara təqdim edilib.

Azərbaycan fotoqraflarının sərgisində iştirak edən rusiyalı təyyarəçi-kosmonavt Yuri Baturin, Başqırdıstan Fotoqraflar Birliyinin sədri, Xalq rəssamı Ramil Kilmamedov və başqaları çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, bu  fotosərgi digər mötəbər sərgilərdən heç də geri qalmır, əksinə burada  xalqların tolerantlığı, birgəyaşayışı, özlərini tam güvəndə hiss etmələri açıq-aydın görünür. Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi amilləri əxz edərək, onları qarşılıqlı surətdə inkişaf etdirib. Ümumi birgəyaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşmış, lakin öz dillərini, etnoqrafik xüsusiyyətlərini qoruyub saxlayıblar. Azərbaycanda azsaylı xalqların və milli azlıqların qorunması, maddi və mənəvi mədəniyyətlərin öyrənilməsi məqsədilə onlarla mədəniyyət mərkəzi yaradılıb. Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasəti davam etdirir. Milli azlıqlar öz milli mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bəlkə də bu səbəbdəndir ki, sərgiyə maraq böyükdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında