“Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları” adlı kitab ərəb dilində nəşr edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ərəb dillində "Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları" adlı kitab nəşr edib.

Kitabın müəllifi misirli alim və politoloq, “Dialoq” Siyasi və Media Araşdırmalar Mərkəzinin müdiri Dr. Taha Əhməddir. Müəllif ərəb oxucusuna Azərbaycanın Dağlıq Qarabağ regionunun siyasi tarixindən məlumat verməklə yanaşı, münaqişənin beynəlxalq hüquq prizmasında ətraflı şəkildə təhlil edir.

Kitabda Qarabağ regionu qədim dövrdə, Qarabağ müxtəlif müsəlman və türk dövlətlərinin tərkibində, Qarabağ xanlığı, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, "erməni dövlətinin yaranması", Dağlıq Qarabağ Azərbaycan Demokratik Respublikasının tərkibində (1918-1920), Dağlıq Qarabağ SSRİ dövründə, "Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının işğalı" kimi mövzular öz əksini tapıb.

Tarixi-siyasi ekskursundan sonra müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquqi nöqteyi-nəzərindən baxır, Dağlıq Qarabağ münaqişəsinə aid beynəlxalq təşkilatların qərarı və qətnamələrini təhlil edir. Qeyd edək ki, kitabda Dağlıq Qarabağ münaqişəsinə aid  beynəlxalq qərarlar ilk dəfə ərəb dilində diqqətlə öyrənilir və müzakirə olunur.

Kitabın müəllifi vurğulayır ki, beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çoxdan bərpa olunmalı idi. Kitabda qeyd edilir ki, münaqişənin həlli məsələsində beynəlxalq strukturların passivliyi, ikili standartlar və Ermənistanın Azərbaycan Respublikasına qarşı 20 ildən çox davam edən təcavüzü, həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün böyük təhdid mənbəyidir.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında