Ermənilər saxtakarlıqla mənəvi dəyərlərimizə də sahib çıxmaq istəyirlər

Bu gün  torpaqlarımızin iyirmi faizdən çoxu işğal altındadır. Amma  qansız  düşmən  təkcə bununla kifayətlənmir. İmkan daxilində onlar bizim babalardan miras qalan mənəvi sərvətlərimizə, incəsənət nümunələrimizə, mədəniyyətimizə də sahib çıxmaq istəyirlər. Milli musiqimizə, rəqsimizə, musiqi alətlərimizə, hətta toy adətlərimizə, geyimlərimizə sahib çıxmağa çalışan ermənilər bununla bir daha sübut edirlər ki, oğru adını daşımağı heç də eyib saymırlar.

Ermənilər əzəldən ölkəmizə mənəvi təcavüz etməyi özlərinə peşə  seçmişlər. Artıq  Azərbaycan  folklorunun,  ənənələrinin qarət edilməsi və mənimsənilməsi erməni ənənəsinə çevrilmişdir. Məsələnin ciddiliyi Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində Avropa Şurası Parlament Assambleyasının sessiyasının "Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması" sənədində təqdim edilib, Milli Məclisin "Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar" bəyanatında da öz əksini tapıb.

"Böyük Ermənistan" xülyası ilə yaşayanlar tərəfindən xalqımıza məxsus folklor nümunələrimizin  mənimsənilməsi onların  xroniki xəstəliyinə  çevrilmişdir. Onlar "Əsli və Kərəm", "Şah İsmayıl", "Aşıq Qərib", "Koroğlu" kimi dastanlarımızı da erməniləşdirməyə çalışır, Azərbaycan dastanlarını bizim musiqisinin müşayiəti ilə Ermənistan ərazisində yayırdılar.    Bu gün düşmənlərimiz Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i, "Çırpınırdı Qara dəniz" əsərini əsassız olaraq öz adlarına çıxmağa çalışırlar.  Çünki "Sarı gəlin" mahnısı xalqımızın milli musiqi alətləri ilə müşayiət olunan və onun mənəviyyatını əks etdirən bir mahnıdır. "Çırpınırdı Qara dəniz" əsəri də yalnız bizə məxsus olan əsərdir.

Düşmənlərimiz arasında  "Erməni muğam çalğıçıları Bakı və Şuşadan çıxmışlar"- deyənlər də  tapılır. Bu etirafa baxmayaraq,  bəziləri ermənilərin orta əsrlərdə muğamın inkişafındakı rolundan danışır, muğamın kökünü erməni musiqisınə bağlamağa cəhd göstərirlər.

Onlar, hətta, Üzeyir bəyin "Arşın mal alan" operettasını da öz adlarına çıxmağa  cəhd ediblər. Amma  onların bu arzuları  boşa çıxıb və vaxtında susdurulublar.

"Dədə Qorqud" abidəsi bizim nadir eposumuzdur və bütün dünya bir neçə il əvvəl ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə onun 1300 illiyini təntənəli surətdə qeyd etdi. Lakin ermənilər heç bir sübut və dəlil gətirmədən bu şah əsərimizin  erməni təəssüratı altında yazılması kimi fitnəkar mülahizələrini dərc etdirirlər və onun bir hissəsinə öz müəlliflik möhürlərini vurmaq istəyirlər.

Tarix boyu onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşıb, sonrakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün mədəniyyətimizə göz dikib, imkan daxilində onu öyrənib və geniş istifadə ediblər. Daha sonrakı mərhələdə isə mənimsəyib və nəhayət, onları özünün milli mədəniyyət nümunələri elan ediblər. Bu onların sınaqdan çıxardığı  üsuldur. Amma indi mədəniyyətimizin, milli- mənəvi dəyərlərimizin  sahibi olan müstəqil Azərbaycan dövləti var və  o, bu xalqın  dəyərlərini qorumağa qadirdir.

Son illər ermənilər Azərbaycan mədəni dəyərlərini mənimsəmək  istiqamətində daha fəal iş aparırlar.  Bunun da səbəbləri var. Onlar yaxşı bilir ki, UNESCO "Qeyri-maddi mədəni irsin qorunub saxlanması haqqında" Konvensiya qəbul edib və Azərbaycan  bu beynəlxalq  təşkilatla yaxından əməkdaşlıq edir. Artıq  bir çox  mənəvi  dəyərlərimiz  UNESCO-nun  qeyri-maddi mədəni irs  siyahısına daxil edilib və bu iş  davam etməkdədir.

Bu  gün artıq  dünya  xalqları  Azərbaycanın mənəvi  dəyərləri ilə tanışdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, beynəlxalq  miqyasda  apardığı  təbliğat işləri, həyata keçirilən  davamlı tədbirlər  milli-mənəvi dəyərlərimizin dünyada  tanınmasını  təmin edir. Söz yox ki,  bu istiqamətdə işlər  gələcəkdə daha  sürətlə davam etdiriləcək.

 M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında