Leyla Əliyevanın şeirlər toplusu Bakının kitab mağazalarında satışa çıxarılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Если б звезды ступеньками стали” (“Ulduzlar pillə-pillə düzülsəydi səmaya”) adlı şeirlər toplusu Bakıda satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, müəllifin müxtəlif şeirlərinin toplandığı kitaba ön sözü SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Andrey Dementyev yazıb.

“Səfərlərimdən biri Heydər Əliyevlə görüşlə xüsusi olaraq yadda qaldı. Biz iki saat Azərbaycan və rus ədəbiyyatından danışdıq və mən onun bədii yaradıcılıqdan incə anlayışına heyran oldum. Ailə ənənələrindən qaçmaq mümkün deyil. Yəqin ki, elə bu səbəbdən Leyla səmimi, istedadlı və parlaq yazır. Şairə oxucuları ilə ən yaxın adamları kimi baş-başa qalır, onlara öz qəlbini etibar edir”, – deyə ­Andrey Dementyev qeyd edib.

Ön söz müəllifinin fikrincə, Leyla Əliyevanın mənəvi dürüstlüyü və səmimiliyi onun poeziyasının əsas üstün cəhətidir.

Xatırladaq ki, Leyla Əliyevanın “Ulduzlar pillə-pillə düzülsəydi səmaya” adlı kitabının təqdimatı müəllifin iştirakı ilə aprelin 24-də keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında