Həm sərgi, həm də satış

Gəncədə gənc sahibkarların əl işlərindən ibarət satış - sərgi təşkil edilib.Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və “Qızıl əllər” təlim-təhsil mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən sərgidə Gəncədən 36, Bakıdan 8, digər 22 rayon və şəhərdən isə 2-3 nəfər olmaqla gənc sahibkarların əl işləri nümayiş olunub.

Sərgidə qədim adət-ənənələri əks etdirən geyimlər, yataq dəstləri, ev- bəzək əşyaları, pərdələr, süfrələr, tətbiqi sənət işləri, xalçalar, zinət əşyaları, rəsm əsərləri, ətirlər, tikişçilik, zərgərlik və toxuculuq işlərindən ibarət məhsullar həm də satışa çıxarılıb.

Şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva qeyd edib ki,  Gəncənin 2016-cı ilin Gənclər Paytaxtı seçilməsi, bu  cür sərgilərin, müsabiqələrin, toplantıların və digər tədbirlərin keçirilməsi ölkə başçısının gənclərə  göstərdiyi qayğının nəticəsidir.

“Qızıl əllər” təlim-təhsil mərkəzinin direktoru Zemfira Ağayeva öz çıxışında bildirib ki, sərgini keçirməkdə məqsəd Gəncənin 2016-cı ilin Gənclər Paytaxtı olması fürsətindən maksimum yararlanmaq,  gənc sahibkarların istehsal etdikləri məhsulları nümayiş etdirmək, onların  satışını təşkil etmək, eyni zamanda, yerli məhsulların istehsalının inkişafına dəstək olmaqan ibarətdir.

Modelyer Fəxriyyə Xələfova  gənclərə hər  zaman, hər sahədə dəstək olmağın vacibliyindən danışıb. Modelyer vurğulayıb ki, həm gəncləri həvəsləndirmək, həm də onların istedadlarını üzə çıxarmaq  baxımından belə sərgilərin tez-tez keçirilməsi çox vacibdir.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında