Bakıda Koreya milli mətbəxi festivalı keçirildi

Bakıda Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Koreya milli mətbəxi festivalı keçirilib. 5 saylı “ASAN xidmət” Mərkəzində təşkil olunan festival Mədəniyyət və Turizm Nazirliyinin, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək tədbiri əlamətdar hadisə kimi qiymətləndirib. Dövlət başçısının müvafiq sərəncamı ilə 2016-cı ilin “Multikultralizm ili” olduğunu diqqətə çatdıran nazir bildirib ki, ölkəmizdə təşkil olunan mühüm tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən hər zaman yüksək qiymətləndirilib. Nazir kulinariya sahəsində son zamanlar ölkəmizdə bu istiqamətdə reallaşan festivalları da yüksək qiymətləndirib. Azərbaycan və Koreya Respublikası arasında mədəniyyət sahəsindəki əməkdaşlığa toxunan nazir bildirib ki, bu festivalın “Multikultralizm ili” çərçivəsində keçirilməsi sevindirici haldır.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Gyu çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Diplomat belə tədbirlərin təşkil olunmasını xalqların bir-birinin milli mətbəx ənənələri ilə tanış olmaları ilə yanaşı, ölkələrarası mədəni əlaqələrin genişlənməsinə də müsbət təsir etdiyini söyləyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov belə bir mötəbər tədbirin “ASAN xidmət” Mərkəzində təşkil olunmasını yüksək qiymətləndirib. Azərbaycanın sivilizasiyaların birləşdiyi bir məkan olduğunu deyən İ.Kərimov belə tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayıb.

Qeyd olunub ki, Azərbaycan multikultural ənənələrin daşıyıcısı olan bir dövlət kimi hər zaman öz mədəniyyəti ilə yanaşı, başqa xalqların mədəniyyətinə də hörmətlə yanaşır.

Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək ölkəmizdə Koreya mətbəxinin təqdim olunmasının artıq ənənəvi hal aldığını bildirib. Vurğulayıb ki, belə tədbirlər hər iki xalqın bir-birini daha yaxından tanımasına, qarşılıqlı olaraq mətbəx mədəniyyətimizin inkişafına yardım edir.

Festivalda Koreyanın milli mətbəx nümunələrini əks etdirən yeməklər nümayiş olunub.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında