“Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri” kitabı çapdan çıxıb

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının dəstəyi ilə “Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış  hərbçiləri” kitabı çapdan çıxıb.

Kitabın müəllifi tarix elmləri doktoru, “Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professoru Nurulla Əliyevdir.

Kitabda Dərbəndin yaranma tarixi, onun hərbi-strateji əhəmiyyəti barədə ətraflı məlumat verilir. Nəşrdə, həmçinin Böyük Vətən müharibəsi illərində bu qədim şəhərin sakinlərinin və hərbçilərinin xidmətləri haqqında ətraflı söhbət açılıb. Kitabda yer alan bütün mövzular hərb tariximizin zəngin arxiv materialları və mənbələri əsasında ətraflı təhlil olunub.

Nəşr Dərbəndin görkəmli və tanınmış hərbçiləri, şəhərin qədim tarixi və strateji önəmi ilə maraqlanan geniş oxucu kütləsi üçün sanballı elmi mənbədir. Bu vəsait, həmçinin hərbi məktəblərin kursant və zabitləri, habelə Azərbaycanın hərb tarixini araşdıran tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayır.

Kitabın hərbi məsləhətçisi Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov, elmi redaktoru filologiya elmləri doktoru, dosent Sədi Nuriyev, elmi məsləhətçisi isə tarix elmləri doktoru, professor Pərvin Darabadidir.

Qeyd edək ki, müəllif, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev 1962-ci ildə Dərbənddə doğulub. O, 1979-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1983-cü ildə isə Kiyev Ali Hərbi Dənizçilik Siyasi Məktəbini bitirib. N.Əliyev 1990-1993-cü illərdə Moskvada Silahlı Qüvvələrin Humanitar Akademiyasında təhsil alıb. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət edən N.Əliyev 1997-2010-cu illərdə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin rəisi, 2010-2015-ci illərdə isə ölkəmizin Çindəki səfirliyinin hərbi attaşesi vəzifələrində çalışıb. 2016-cı ilin aprelindən “Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədridir. Cari ilin yanvarından isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professorudur.

N.Əliyev 1998-ci ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda “Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri üçün kadr hazırlığı (1917-1997-ci illər)” mövzusunda namizədlik, 2007-ci ilin fevralında isə “Azərbaycanın hərbi dənizçilik tarixi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Müharibə və Silahlı Qüvvələr veteranı olan N.Əliyev 37 kitabın, 178 elmi və elmi-publisistik məqalənin müəllifidir. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında