Görkəmli bəstəkar haqqında iki kitab

Respublikanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, "Şöhrət" ordenli bəstəkar Tofiq Bakıxanovun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək səviyyədə təşkil edilmiş 85 illik yubileyindən artıq 5 ay ötsə də, həmin yubileyin əks-sədası olan kitablar hələ də işıq üzü görməkdədir. "Şərq-Qərb Nəşriyyat Evi"ndə  Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə nəşr olunmuş "Tofiq Bakıxanov -Biblioqrafiya" kitabı bu baxımdan böyük əhəmiyyət kəsb edir.

Bakı Musiqi Akademiyasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Xavər Əhmədovanın tərtibçiliyi və həmin akademiyanın professoru, Əməkdar incəsənət xadimi Telman Hacıyevin redaktorluğu ilə ərsəyə gələn kitabdakı materiallar  həm Azərbaycan, həm də rus dillərində təqdim edilmişdir.

Kitabın ön səhifələrində ulu öndər Heydər Əliyevin həm Bakıxanovlar şəcərəsinin ən görkəmli nümayəndəsi olan Abbasqulu ağa Bakıxanov, həm də Tofiq Bakıxanov haqqında dediyi dəyərli fikirlər verilmişdir. Bundan başqa, bəstəkarın Prezident İlham Əliyevin sərəncamı ilə "Prezidentin Fəxri diplomu", eləcə də,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikanın 85 illiyi münasibətilə təsis edilmiş Qızıl medalla təltif etməsi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin "Prezidentin  Fəxri diplomu"nu bəstəkara təqdim etməsi barədə məlumatlar və bir neçə tarixi foto-şəkil  yeni kitabda verilmişdir.

Növbəti səhifələrdə bəstəkarın layiq görüldüyü fəxri adlar və qazandığı mükafatlar barədə yığcam məlumat verilir. Daha sonra isə  bu nəşrdə akademiklər Arif Məlikov, Vasim Məmmədəliyev, Teymur Bünyadov, Budaq Budaqov, Rafael Hüseynov, Fuad Qasımzadə, SSRİ Xalq rəssamı Mikayıl Abdullayev, Xalq artisti, professor Firəngiz Əlizadə, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, Əməkdar mədəniyyət işçisi Rəfiqə Məsud, BMA-nın dosenti Ariz Abduləliyev və digər elm, sənət və qələm sahiblərinin Tofiq Bakıxanov haqqında ürək sözləri, məqalələri yer almışdır.

Görkəmli bəstəkarın yubileyi münasibətilə Bəstəkarlar İttifaqının akt zalında keçirilmiş elmi konfransın materiallarından ibarət  ikinci kitab isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yubilyarı Əməkdar incəsənət xadimi fəxri adına layiq görən sərəncamı ilə açılır. Elmi konfransda çıxış etmiş akademik Rafael Hüseynov, professorlar Firəngiz Əlizadə, Ağaverdi Paşayev, Gülnaz Abdullazadə, Zemfira Qafarova, İmruz Əfəndiyeva, Telman Hacıyev, Mina Hacıyeva, Hökumə Əliyeva, filologiya elmləri doktoru Gülzar İbrahimqızı, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, sənətşünaslıq üzrə fəlsəfə doktorları Səadət Təhmirazqızı,  Nərminə Bayraməlibəyli, Milli Konservatoriyanın dissertantı Əhsən Rəhmanlı, BMA-nın dosenti Ariz Abduləliyev, A.A.Bakıxanov mükafatı laueratı Həsən Cəbrayılov və  ABŞ-da yaşayan soydaşımız, musiqi magistri Aleksandriya Sultanzadə Fon Bryusseldorfun məruzə və çıxışlarının tam mətni verilmişdir.  Çıxışların əksəriyyətində belə bir fikir təkrarlanır: "Görkəmli bəstəkara cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq". Biz də həmin arzulara qoşuluruq.

Rafiq SALMANOV,
“Xalq qəzeti”,
foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında