Xalq yazıçısı Elçinin “Şekspir” pyesi əsasında hazırlanmış tamaşanın Avropa premyerası olub

Tamaşa İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival çərçivəsində təqdim edilib.

Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar mayın 9-dan 26-dək İtaliyanın Trani şəhərindəki “Castello Svevo di Trani” qalasında “Shakespeare in the Castle” (Şekspir Qalada) adlı festival keçirilir. Festival çərçivəsində mayın 14-15-də Azərbaycanın görkəmli yazıçısı və dramaturqu Elçinin “Şekspir” pyesinin italyan dilində Avropa premyerası olub. Tamaşa “L’Arte Del Teatro” tərəfindən təqdim edilib.

Azərbaycanın İtaliya Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Patrizia Di Fulvio, festivalın rəhbəri tanınmış rejissor Cianpiero Borciadır. Pyesi italyan dilinə Marqerita Kristiana tərcümə edib.

Premyeradan əvvəl çıxış edən Cianpiero Borcia Azərbaycanın görkəmli yazıçı-dramaturqu Elçinin bu pyesini yüksək qiymətləndirdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, “Şekspir” pyesi əsasında hazırlanan tamaşa orijinallığı ilə seçilir.

“Azərbaycan zəngin mədəni irsi olan ölkədir. Premyeranın məhz bu möhtəşəm qalada keçirilməsi bir qədim ölkədən digər qədim ölkəyə aparan yollar, pəncərə kimi xarakterizə olunmalıdır. Elçinin bu pyesini çox sevirəm. Müəllifin çox yaxşı metafor duyumu var. O, əsərlərini zəngin poetik hissləri ilə qələmə alır”, - deyə Cianpiero Borcia qeyd edib.

Fərqli quruluşda, ənənəvi səhnə-zal formatından kənar, interaktiv formatda, tamaşaçı ilə birbaşa təmasda nümayiş etdirilən bu səhnə əsəri böyük maraq doğurub. Rolları Cuido Silveri, Cianluca Kastellano, Françesko Persiko, Valentina Caiano və başqa tanınmış aktyorlar ifa ediblər. Tamaşanın özünəməxsusluğu bir də onda idi ki, burada Traninin rəmzi sayılan bu qədim qalanın bütün məkanlarından istifadə olunub.

Yazıçı-dramaturqun qızı Günay Əfəndiyeva tamaşa ilə bağlı fikirlərini bölüşərək bildirib ki, bu səhnə əsəri Azərbaycanın zəngin ədəbi irisinin dünyada tanıdılması istiqamətində atılan mühüm addımlardan biri sayıla bilər. Bu, eyni zamanda, İtaliyanın mədəniyyət aləmində əlamətdar hadisələrdən biri oldu.

Xatırladaq ki, Elçinin “Şekspir” pyesi dünyanın bir çox ölkələrində, o cümlədən İngiltərə, ABŞ, Türkiyə, Rusiya və digər ölkələrdə səhnəyə qoyulub. Tamaşaçı rəğbəti qazanmış bu səhnə əsəri dünya ictimaiyyətinin Azərbaycanın zəngin ədəbi irsi ilə yaxından tanış olmasına özünəməxsus töhfə verib. Tamaşanın Avropa premyerası İtaliya mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında