“Ədəbi abidələrimizin və əbədi ədiblərimizin böyük hamisi – Heydər Əliyev”

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü hər yerdə ümumxalq bayramı kimi qeyd edilməkdədir.

Bu gün ölkəmizin ictimai-siyasi həyatının elə bir sahəsi yoxdur ki, orada böyük öndər Heydər Əliyevin silinməz, parlaq izi olmasın. Ulu öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə də göstərdiyi diqqət onun yorulmaz fəaliyyətinin nəzəri xüsusi cəlb edən və ayrıca araşdırılmağa layiq olan istiqamətlərindəndir.

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilmiş tədbirdə dahi rəhbər Heydər Əliyevin bütün ömrü boyu sənətə və sənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıldı.

Tədbiri muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq ulu öndərin xalqımızın mənəvi sərvətlərinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərindən danışdı. Ümummilli liderin muzeyə həmişə xüsusi qayğı ilə yanaşdığını söyləyən akademik R.Hüseynov ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana yenidən qayıdışından sonra onun ilk ziyarət etdiyi yerlərdən birinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olduğunu söyləydi

Qeyd edildi ki, ulu öndər Heydər Əliyev istər Azərbaycan ədəbiyyatının klassikləri Nizaminin, Nəsiminin, Füzulinin, Molla Pənah Vaqifin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, istərsə də yeni dövrün görkəmli şair və yazıçılarının əsərlərinin nəşri, ölkəmizin hüdudlarından kənarda təbliği, istərsə də yubiley mərasimlərinin keçirilməsi, abidələrinin ucaldılması, xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görmüşdür. Bununla da ulu öndər bir tərəfdən ölkəmizin və xalqımızın dünyada daha yaxından tanınmasına, digər tərəfdən millətimizin mənəvi baxımdan daha da zənginləşməsinə etibarlı zəmin yaratmışdır.

Muzeydə hazırlanmış 10 lövhədən ibarət sərgi ümummilli lider Heydər Əliyevin 30 ildən artıq müddətdə Azərbaycan ədəbiyyatı və incəsənətinə verdiyi töhfələrin mənzərəsini fotoşəkillərin, sənədlərin dili ilə əyani şəkildə nümayiş etdirir.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında