ADİU-da sərgi – konfrans: “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları”

Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Milli Kitabxanası və bu ali məktəbin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

Konfrans iştirakçıları ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri qoyaraq,  xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitablardan ibarət sərgiyə baxış keçirilib.

ADİU-nun rektoru, professor Ədalət Muradov ulu öndərin həyat yolunun, onun zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, Heydər Əliyevin əməlləri sırasında milli mədəniyyətin ayrılmaz hissəsi olan kitabxanaların inkişafına qayğı xüsusi əhəmiyyətə malikdir. Ulu öndərin fikrincə, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısından danışıb. O,  bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranan mürəkkəb tarixi şəraitdə kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərliyə qayıdışı bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını alıb. Böyük rəhbərin müstəqil Azərbaycanda kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” Qanununun qəbul olunmasıdır.

K.Tahirov qeyd edib ki, ulu öndərin ideyalarını layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı Azərbaycanda kitabxana işinin inkişafında xüsusi rol oynayıb. K.Tahirov həmin sərəncama əsasən, dəyərli kitabların yeni əlifba ilə  25 min nüsxə tirajla çap olunaraq bütün kitabxanalara hədiyyə verilməsinin oxucuların yenidən kitabxanalara qayıtması üçün real şərait yaratdığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər ulu öndərin rəhbərliyi ilə həyata keçirilən mədəni quruculuq tədbirlərindən, kitabxana işinin təşkilinin prioritet əhəmiyyət kəsb edən, cəmiyyətin mədəni həyatına təsir edən bir amilə çevrilməsindən danışıblar.

Sonda ümummilli lider Heydər Əliyevin 3 iyun 1995-ci ildə Milli Kitabxanadakı çıxışından hazırlanan qısa film nümayiş etdirilib.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında