Bakıda beynəlxalq simpozium

Qafqaz Universiteti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkil etdiyi III Beynəlxalq Uşaq Ədəbiyyatı Simpoziumu işə başlayıb. Simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

Mərasimi giriş sözü ilə açan universitetin rektoru professor Əhməd Saniç bildirdi ki, simpoziumda 7 ölkənin 40 universitetindən dəvət almış elm adamları, uşaq ədəbiyyatı sahəsində yazan şair və yazıçılar, uşaq jurnal və qəzetlərinin redaktorları iştirak edir. Bildirildi ki, bu simpozium 2008 və 2012-ci illərdə keçirilmiş “Uluslararası Türk Halkları Çocuk Edebiyyatı Konqresi”nin davamı olaraq uşaq ədəbiyyatının inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olan bir hadisədir.

Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” sözlərini xatırladan rektor gənclərin milli-mənəvi dəyərlərə sahib olmaları üçün tərbiyə sisteminə son dərəcə ciddi yanaşmağın vacibliyini diqqətə çatdırdı. Natiq Qafqaz Universitetinin bu sahəyə xüsusi önəm verdiyini və ardıcıl fəaliyyət istiqamətinə malik olduğunu vurğuladı.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Təhsil Nazirliyinin Təhsil resursları şöbəsinin müdiri Əsgər Quliyev, Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı bölümü müdiri professor Ömər Okumuş və  universitetin Azərbaycan dili və ədəbiyyatı bölümü müdiri professor Akif Hüseynli bu mühüm sahənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyindən danışdılar.

Simpozium ərəfəsində universitetin foyesində uşaq ədəbiyyatına aid kitab sərgisi təşkil olunub.

Simpoziumun ikinci günü bölmə iclaslarında müxtəlif elm adamlarının məqalələri, fikirləri dinlənildi. Günün sonunda isə yekun iclası keçirildi.

Tədbirin sonuncu günü isə xarici ölkələrdən gələn elm adamları Bakı şəhərinin tarixi məkanları ilə tanış oldular.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında