Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilində nəşrinin təqdimatı olub

Azərbaycanın Tacikistandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Səfirlikdə keçirilən tədbirdə Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm, mədəniyyət, incəsənət xadimləri, səfirlər, ali təhsil ocaqlarının rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov akademik Ramiz Mehdiyevin ictimai-siyasi və elmi fəaliyyəti haqqında danışıb. O qeyd edib ki, Ramiz Mehdiyevi bu kitabı yazmağa vadar edən ermənilərin yalan ideologiyasını ifşa etmək olub. Adından da göründüyü kimi, təkzibedilməz faktlardan ibarət olan bu kitab müxtəlif ölkələrin arxiv materiallarına əsasən yazılıb.

Səfir çıxışında kitabdakı mənbələrə istinad edərək ermənilərin qədim dövrdən bu günə qədər tarix haqqındakı uydurma yalanları barədə danışıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açıb və ermənilərin bu il aprel ayının əvvəlində Azərbaycana qarşı həyata keçirdikləri növbəti təxribatlar barədə məlumat verib.

Kitabın redaktoru, Tacikistanın milli himninin sözlərinin müəllifi, Xalq şairi Gulnazar Keldi, tərcüməçilər Bahriddin Cuyo və Olim Hocimuradov çıxışlarında tacik dilinə tərcümə edilmiş bu əsərin Tacikistan ictimaiyyətinin Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın tarixini dərindən öyrənməsi, ermənilərin bu ərazilərə köçürülməsi və beynəlxalq havadarlarının dəstəyi ilə Azərbaycana və digər qonşu dövlətlərə qarşı təcavüzkar siyasət həyata keçirmələri barədə məlumat əldə etməsi baxımından mühüm əhəmiyyətə malik mənbə olduğunu bildiriblər. Qeyd edilib ki, bu kitab mötəbər tarixi faktlara əsaslandığından Azərbaycan həqiqətlərinin öyrənilməsində vacib mənbə rolunu oynayır.

Təqdimat mərasimində “Erməni terrorizmi” filmi rus və ingilis dillərində nümayiş etdirilib.

Səfirliyin foyesində bu il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda ermənilərin növbəti təxribatları nəticəsində həlak olmuş şəhidlərimizin fotoşəkillərindən ibarət sərgi də təşkil edilib.

Qulu KƏNGƏRLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında