Multikulturalizm mövzusunda jurnalist yazıları müsabiqəsinin nəticələri acıqlandı

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdikləri “Azərbaycan  multikulturalizm məkanı: BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ölkəmizə nə vəd edir?” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən qalibləri mükafatlandırma mərasimini giriş sözü ilə açan  mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, BMT Baş Assambleyasının qərarı ilə bu təşkilatın Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun bu il Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun əyani göstəricisidir. Biz də müsabiqəni ictimaiyyətin diqqətini məhz buna cəlb etmək üçün təşkil etdik. Aprelin 24-dən 28-dək davam edəcək qlobal tədbirin ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından ölkənin kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələr düşür.

Nazir müsabiqə qaliblərini təbrik etdi, dövlətçiliklə bağlı mövzuların geniş işıqlandırılmasında onlara uğurlar arzuladı.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli isə qeyd etdi ki, yaxınlaşmaqda olan  forum respublikamızda multikultarizm sahəsində tarixən qazanılmış uğurlu təcrübənin xarici aləmdə təbliğinə geniş imkanlar açır. Bu baxımdan müsabiqə ölkə əhalisini forumla bağlı geniş bilgiləndirdi. Yarışmaya 34 kütləvi informasiya vasitəsindən 50 yazı təqdim edilmişdi. 6 ən yaxşı materialın müəlifləri əsas, 5 jurnalist isə həvəsləndirici mükafata layiq görülmüşdür.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov söylədi ki, Ermənistanın növbəti təcavüzkarlığının beynəlxalq aləmdə ittiham olunduğu bir dövrdə Bakıda multikulturalizm mövzusunda bəşəri çağırışlar səslənməsi Qafqazı 30 ilə yaxın müddətdə qan çanağına çevirən maskalanmış erməni millətçilərinin kimliyini bir daha dünyaya açıb göstərəcək. Ölkəmizin bu fürsətdən qədərincə faydalanması üçün mediamız müsabiqə ilə başlanmış işi uğurla davam etdirməlidir.

Sonra müsabiqənin 11 qalibinə təntənəli surətdə diplom və mükafatlar təqdim edildi.

Sonda Vüqar Səfərli və Əbülfəs Qarayev media ilə nazirliyin fəal əməkdaşlığının yüksək nəticələr əldə etməkdə önəmini qeyd etdilər və bildirdilər ki, “Multikulturalizm ili”ndə bu mövzuda daha bir birgə müsabiqə keçiriləcək.

R.TAHİR,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında