Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilən toplunun təqdimatı olub

Aprelin 8-də “ADA” Universitetində bu ali məktəbin rus dilində nəşr etdirdiyi “Əlimərdan bəy Topçubaşov. Seçilmişlər” (Ali Mardan  Bek Topçibaşev. İzbrannoye) dörd cildlik  toplusunun təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində toplunun tərtibçisi, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Prezident İlham Əliyevin “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 25 fevral tarixli  Sərəncamını xatırladıb, bu sənədin əhəmiyyətini qeyd edib. Bildirilib ki, toplu Ə.Topçubaşovun yubileyinə həsr olunan tədbirlərin davamı kimi nəşr edilib. Kitaba görkəmli ictimai xadimin jurnalistlik, siyasi-ictimai, dövlət xadimi kimi və mühacirətdəki fəaliyyətlərinə aid əsərlər daxildir.

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Ə.Topçubaşovun həyat və fəaliyyətindən danışan natiq onun tərcümeyi-halında mürəkkəb hadisələrin, ciddi yoxuş və enişlərin, siyasi qarşıdurma və həbslərin yer aldığını vurğulayıb. 

Nəşrin redaktoru, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bildirib ki, Əlimərdan bəy Topçubaşov milli müstəqilliyimiz və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyətlərimizdəndir. O, təkcə doğma xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalisinin liderlərindən biri kimi siyasət və ictimai fəaliyyət meydanına atılıb. Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizə Ə.Topçubaşovu məntiqi şəkildə müstəqil milli dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları sırasına gətirib. O, ən çətin sahəyə - xarici siyasətə rəhbərlik edib və bu sahədə böyük uğurlara imza atıb. Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında Ə.Topçubaşovun böyük rolu olduğu bildirilib. 

Ə.Topçubaşov  həm də tarixçi alim, politoloq, jurnalist, görkəmli ictimai, siyasi, dövlət xadimi olub.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov xalqımızın milli mənlik şüurunun oyanmasında mühüm rol oynamış AXC Parlamentinin sədri Ə.Topçubaşovun Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış AXC-nin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlərindən söz açıb. 

Tədbirdə “ADA” Universitetinin Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Əlimərdan bəy Topçubaşov” təqaüdünü qazanan əlaçı əcnəbi tələbələrə fəxri fərmanlar təqdim edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında