Qusar “Azərbaycanın folklor paytaxtı” seçilib

Martın 11-də Muzey Mərkəzinin iclas zalında Qusarın “Azərbaycanın folklor paytaxtı” seçilməsi münasibətilə təqdimat olub.

Əvvəlcə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri milli rəqs ifa ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrini və onu müşayiət edən şəxsləri salamlayıb.

Ə.Qarayev çıxışında bildirib ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunub saxlanılması, hərtərəfli inkişaf etdirilməsi və təbliği məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə təsdiq etdiyi “Xalq yaradıcılığı paytaxtları”  Proqramına müvafiq olaraq, Qusar rayonu  2016-cı ildə “Azərbaycanın folklor paytaxtı” seçilib. Nazir bildirib ki, ötən illərdə ölkəmizdə 17 şəhər folklor paytaxtı olub.

Ə.Qarayev deyib: “2009-cu ildə Bakı “İslam mədəniyyəti paytaxtı” elan edilib. Azərbaycan Asiya və Avropa arasında  körpüyə, mədəniyyətlərarası dialoq və qarşılıqlı hörmət mərkəzinə çevrilib. Ölkəmizin ərazisində yaşayan milli azlıqların mədəniyyətlərinin inkişafı həmişə bizim diqqət mərkəzimizdə olub. Nazir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə  2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib".

Ə.Qarayev Azərbaycanda mədəniyyətin inkişafına daim dəstək göstərdiklərinə görə Heydər Əliyev Fonduna və onun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür edib.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri çıxışında bu layihədə iştirak etdiyindən şad olduğunu bildirərək deyib: “Biz Azərbaycanı zəngin mədəniyyəti olan ölkə sayırıq. O, fəal əməkdaşlığa görə Prezident İlham Əliyevə və UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkür edərək, Naxçıvanın 2018-ci ildə “İslam mədəniyyəti paytaxtı” elan edilməsi barədə məlumat verib.  Baş direktor əlavə edib ki, Azərbaycan iki şəhəri İslam mədəniyyəti paytaxtı seçilən yeganə ölkədir.

ISESCO-nun baş direktoru sonda deyib: “Mən sizin ölkənizi sevirəm”.

Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev bildirib ki, artıq tədbirlər planı hazırlanıb və bu mühüm hadisəyə hazırlıq işlərinə başlanıb. O deyib: “Qusarlıların göstərməli dəyərləri çoxdur: bizim zəngin folklorumuz, musiqimiz, rəqslərimiz, mətbəximiz, çoxsaylı ansambllarımız və digər yaradıcı kollektivlərimiz var”.

Bildirilib ki, bir il ərzində Qusar rayonunda elmi-praktik konfranslar, “dəyirmi masa”lar, konsertlər, festivallar, sərgilər, informasiya turları və digər tədbirlər təşkil etmək planlaşdırılır.

Sonda Qusar Rayon İcra Hakimiyyətinin nümayəndələrinə “Azərbaycanın folklor paytaxtı” xatirə kuboku və fəxri diplom təqdim edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında