AZƏRTAC-ın fotosu 47 ölkənin iştirak etdiyi beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun “Çinli qızların rəqsi” (Chinese dance) adlı fotoşəkli Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) gümüş medalına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Makedoniyanın Kumanovo şəhərində PSA-nın himayəsi altında keçirilmiş “Photo Story – 2016” Beynəlxalq Bədii Fotoqrafiya Müsabiqəsinə dünyanın 47 ölkəsindən 165 fotoqrafın 2870 işi təqdim edilib. Müsabiqə altı kateqoriya üzrə keçirilib.

2008-ci ilin sentyabr ayında Pekində Paralimpiya oyunlarının bağlanış mərasimində çəkilmiş “Çinli qızların rəqsi” fotoşəkili “Ənənələr” kateqoriyasında mükafata layiq görülüb.

Qeyd etmək lazımdır ki, bu qələbə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FİAP) və PSA tərəfindən keçirilən müsabiqələrdə 2015-ci il fevral ayından bəri AZƏRTAC-ın fotomüxbirinin səkkizinci uğurudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında