Oğuzda “Heydər Əliyev: Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə” kitabının təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz rayonu üzrə Bilik evində Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlının Bilik evinin tələbələri, oğuzlu gənclər, ziyalılar ilə görüşü və deputatın ideya müəllifi olduğu “Heydər Əliyev: Mənəviyyat, mənəvi dəyərlər, mənəvi tərbiyə” kitabının təqdimatı keçirilib.

Bilik evinin direktoru Anar Məcidov bu görüşün tələbə və müəllimlər üçün önəmli olduğunu bildirərək təqdim edilən kitab barədə məlumat verib. 

Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu deyib ki, ümummilli lider Heydər Əliyevin 1969-2003-cü illərdəki ideya və fikirlərinin sistemli şəkildə toplandığı bu kitab sadəcə gənclər üçün deyil, ümummilli liderin irsini araşdıran alimlər, elmi və pedaqoji ictimaiyyət üçün də faydalıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, iqtisad elmləri üzrə fəlsəfə doktoru Seyidməmməd Quliyev və rayon ziyalıları bildiriblər ki, kitabda gənclərdə ləyaqət, qürur, vətənpərvərlik hisslərinin aşılanması, onlarda sosial və tarixi məsuliyyətin inkişaf etdirilməsi məsələlərinə toxunulub. Vurğulanıb ki, kitab mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Nəşrlə tanış olan hər kəs ulu öndər Heydər

Əliyevin fikirlərindən, kəlamlarından bəhrələnə biləcək, dahi şəxsiyyətin milli–mənəvi dəyərlərin qorunmasında necə mübarizə apardığının bir daha şahidi olacaq.

Tədbirdə çıxış edən Aqiyə Naxçıvanlı ümummilli lider Heydər Əliyevin fikirlərinə tez-tez müraciət etdiyini bildirib. “Gənclik illərimdən Heydər Əliyevin çıxışlarını mətbuatdan diqqətlə izləyir, onun fikir və ideyalarını qeyd edib, özüm üçün saxlayırdım. Düşündüm ki, bu qeydlər ictimaiyyət üçün vacib mənbə ola bilər. Gənclərdən ibarət bir heyətlə kitabın hazırlanmasına start verdik və  bu gün təqdimatına toplaşdığımız kitab ərsəyə gəldi”, - deyə o əlavə edib.

Sonra Milli Məclisin komitə sədri tələbələrin suallarını cavablandırıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında