“Səhra savaşı” Yeni nəşrlər

Bu günlərdə yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” adlı kitabı nəşr olunmuşdur. Azərbaycan Dövlət Nəşriyyatının nəfis şəkildə çap etdiyi kitaba müəllifin eyniadlı romanı daxil edilmişdir.

Tənqidçi Cavanşir Yusifli kitaba yazdığı “Səhra metaforası” adlı əhatəli və nəzəri ümumiləşdirmələrlə müşayiət olunan ön sözdə romanla bağlı qənaətlərini belə ifadə edir:  “Səhra savaşı”, hər şeydən öncə, mükəmməl planının, yəni kompozisiyasının olması ilə fərqlənir. ...Burada kompozisiyanı açan, onun  fəlsəfəsini bəlləyən ən önəmli cəhət isə təhkiyədə mühakimədən çox, doğulacaq mətləbi detallarla vermək, məhz detallar arasındakı assosiativ, birbaşa və şərti-simvolik əlaqələrin qabardılmasıdır. Qeyd etmək lazımdır ki, müəllif təhkiyədə seçdiyi yolu əvvəlcədən nişan versə də, müəyyən mənada oxucunu da “aldadır”, bu isə üslubi keyfiyyət daşıdığından mətnin, onun bətnindəki bədii niyyətin obrazlara proyeksiyalanmasına, obraz və detalların daxilindəki enerjınin dışarı çıxmasına, bu enerjinin isə nəhayətdə səhra metaforası ilə çulğaşmasında önəmli rol oynayır".

Şərti-metaforik üslubda qələmə alınmış romanda təsvir olunan hadısələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə aşkarlanması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.

“Səhra savaşı” çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə seçilməkdədir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın ədəbi-estetik fikrin və geniş oxucu kütlələrinin diqqət və marağını çəkəcəyi şübhə doğurmur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında