N.Rimski-Korsakovun məşhur "Şəhrizad" baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulacaqdır

Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında "Şəhrizad" baletinin quruluşu həyata keçirilir.
1888-ci ildə qələmə alınmış "Şəhrizad" simfonik süitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli simfonik əsərlərdən biri sayılır. Əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur.
Balet 1910-cu ildə məşhur xoreoqraf Mixail Fokin tərəfindən həyata keçirilmiş klassik quruluş əsasında səhnəyə qoyulacaqdır. Bu quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Mariya Teatrı və Kiyev Milli Opera və Balet Teatrında müvəffəqiyyətlə nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletin quruluşu üzərində Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Tamilla Şirəliyeva və Ukraynanın xalq artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır. Tamaşada əsas partiyanı - Şəhrizad rolunu teatrın aparıcı solisti, əməkdar artist, Prezident mükafatçısı, "Zirvə" və "Qızıl dərviş" mükafatları laureatı Kamilla Hüseynova və milli baletimizin gənc ulduzu Elmira Mikayılova ifa edəcəklər. Tamaşanın dirijoru isə teatrın baş dirijoru, xalq artisti, professor Cavanşir Cəfərovdur.
Baletin valehedici gözəl musiqisi, tamaşanın zəngin səhnə tərtibatı və kostyumları heç, şübhəsiz ki, geniş tamaşaçı auditoriyasını cəlb edəcək və yüksək akademik sənəti sevənlərə yeni il hədiyyəsi olacaqdır.{nl}

A.ÜLVİ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında