“Azərbaycan xalçaları” jurnalının XVI sayı işıq üzü görmüşdür

Jurnal ənənələrinə sadiq qalaraq rəngarəng xalça nümunələri, taleyini xalçaçılıqla bağlamış insanlar haqqında məqalələrlə, tədqiqat materialları, maraqlı reportajlarla, yeni elmi araşdırmalarla oxuncularının görüşünə gəlmişdir.

Jurnalda Kannda keçirilən “Azərbaycan xalçaları incəsənətdə” adlı sərgiyə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin birgə keçirdiyi “Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə” mövzusunda müsabiqəyə həsr olunmuş materiallar dərc olunub.

Tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Qarabağ bölgəsi: tarixi-etnoqrafik oçerk” adlı  məqaləsində müxtəlif tarixi-etnoqrafik mənbələr, elmi ədəbiyyatlar əsasında Qarabağ bölgəsinin inzibati-siyasi, etnik və sosial-iqtisadi tarixinin bəzi mühüm məsələləri təhlil edilib.

 “Yurdlar və xalçalar” rubrikasında Oğuz rayonuna və qədim xalçaçılıq məntəqlərindən biri olan Baş Daşağıl kəndinə ekspedisiya səfəri zamanı toplanmış materiallar yer almışdır. “Boyaqotunun xalçaçılıqda istifadəsi” məqaləsi Azərbaycanda bu qiymətli bitkinin becərilmə tarixi, məhsuldarlığı, həmçinin boyaq sənayesində istifadə imkanları haqqındadır.

 Jurnal öz səhifələrində dünya muzeylərində saxlanılan Azərbaycan xalçaları haqqında məlumatlara geniş yer verir. Bu dəfə oxuculara Boston İncəsənət Muzeyində saxlanılan Azərbaycan xalçaları haqqında ətraflı məlumat və fotoşəkillər təqdim olunur. Dərbəndin Dünya Mədəniyyətləri və Dinləri Tarixi Muzeyinin direktoru Diana Həsənova ilə müsahibə, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyevin “Azərbaycan xalçalarında əks olunan qədim motivlər”,  sənətşünaslıq doktoru Kübra Əliyevanın “Tarixi yaşayış məskəni – Boyəhmədli”, tarix elmləri doktoru Mədinə Hümbətovanın “XIX-XX əsrin əvvəllərində Dağıstan azərbaycanlılarının ailə və nigah ənənələri”, tarix elmləri doktoru  Şirin Bünyadovanın “Azərbaycan atalar sözlərində toxuculuq məsələləri”, tarix üzrə fəlsəfə doktoru  Ərşad Həsənovun “XVII əsrdə Azərbaycanda toxuculuq sənəti” və digər elmi məqalələr tarix və sənətşünaslıq baxımından maraq doğurur.

Nəşrin baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur. 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında