Yeni nəşrlər “Vətəndaş”

Vətən, xalq, azadlıq, istiqlal... vətəndaş – şair Şəmistan Göyçəlinin daha çox müraciət etdiyi mövzulardır. Şair mövzularını həyatdan alaraq müstəqil Azərbaycan xalqının, türk dünyasının və bütün xalqların sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitdə yaşaması naminə yazıb-yaradır, şeir və poemalarını Vətən,  torpaq,  azadlıq uğrunda qəhrəmanlıq, fədakarlıq göstərən, canını fəda edən insanların həyatına həsr edir.

Bu baxımdan müəllif sayca 11-ci olan kitabını haqlı olaraq “Vətəndaş” adlandırır. Yeni kitabın ilk səhifələri “Vətənpərvər şairin vətəndaş mövqeyi və məsuliyyəti” (filologiya elmləri doktoru, professor Məhərrəm Hüseynov), “Vətən eşqi ilə yaşayan vətəndaş şair” (filologiya elmləri dokroru, professor Tərlan Novruzov), “Azadlıq və istiqlal mücahidi. Amal və məslək şairi” (filologoya elmləri doktoru, professor Mirvari İsmayılova) Şəmistan Göyçəlinin yaradıcılığından bəhs edən məqalələrlə açılır.

 Bu məqalələrdə bütün varlığı ilə Vətən torpağına bağlı olan, birinci Qarabağ müharibəsinin odlu-alovlu, düşmənlə üz-üzə cəbhələrində jurnalist, vətəndaş və şair kimi nümunə göstərən Şəmistan Göyçəlinin yaradıcılığının,vətənpərvərlik, birlik, həmrəylik, dostluq, qardaşlıq, Vətənin ərazi bütövlüyünün saxlanması uğrunda mübarizələrə həsr etdiyi şeirlərinin poetik vüsətindən söz açılır.

Yeni  kitabında Ş.Göycəlinin  şeirləri, poema və məqalələri toplanmışdır. Şairin qəhrəmanları  müdrik insanlar, Vətənini, millətini sonsuz məhəbbətlə  sevən, xalqın azad, xoşbəxt, parlaq gələcəyi üçün böyük şücaətlər göstərən, canını fəda edən, Azərbaycanın müstəqillyi üçün adını əbədiləşdirən  tarixi şəxsiyyətlərdir. Bu məqsəd və amal ilə şair “Liderlik səlahiyyəti. Vətəndaş məsuliyyəti” adlı məqaləsini ümummilli liderimiz  Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, müasir Azərbaycan Respublikasının dünyada tanınmış  görkəmli dövlət xadimi, möhtərəm Prezidentimiz İlham Əliyevin həyat və fəaliyyətinə həsr  etdiyi “Əsrin töhfəsi”  və “İlham Heydər oğlu, xalqın şanlı ər oğlu” adlı poemalarda bu böyük şəxsiyyətlərin poetik obrazlarını məhəbbət və ilhamla yaratmışdır.

Müəllif  qeyd edir ki, “Yurdumuzun qayğıkeş, əziz, Mehriban qızı” şeirində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın bədii obrazı müasir  Azərbaycan qadınının dünyada tanınan simasıdır”. Şeirdə gəncliyə, gələcəyə işıqlı yollar açan müdrik, vətənpərvər, qayğıkeş el anası tərənnüm olunur.

“Azərbaycan”, “Bayrağım”, “Yaşayır”, “İstiqlalımızdır”, “Vətən borcu”, Tarixi örnəklər”, “Azərbaycan vətəndaşı” və digər şeirlərində  Vətən, xalq və bəşəri sevgilərini tərənnüm edən şair oxucularını poeziya kəhkəşanına aparır.

Şəmistan Göyçəlinin “Vətəndaş” kitabı da digər əsərləri kimi, Yeni Azərbaycan Partiyasının xətti ilə təmənnasız və pulsuz paylanılır. ADPU nəşriyyatında çapdan çıxan kitabın redaktoru  filologoiya elmləri üzrə fəlsəfə doktoru Tamara Donçovadır.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında