Səttar Bəhlulzadənin yaradıcılığına dair yeni kataloq çap olunub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Səttar Bəhlulzadənin ev-muzeyi tərəfindən “Səttar Bəhlulzadənin karikaturaları (“Kommunist” qəzetinin materialları əsasında)” adlı kataloq hazırlanıb çap edilmişdir.

Kataloqun tərtibatçısı və giriş sözünün müəllifi muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır. Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığının araşdırılması sənətsevərləri yeni-yeni tədqiqatlara sövq edir. Azərbaycan təsviri sənətində lirik mənzərə janrının yaradıcısı, mahir mənzərə və natürmortlar ustası kimi tanınan Səttar Bəhlulzadə XX əsrin 30-cu illərində respublikanın aparıcı dövri nəşri olan “Kommunist” qəzetində çalışmışdır. Azərbaycanın məşhur rəssamı Əzim Əzimzadənin tövsiyəsi və köməyi ilə qəzetə işə qəbul olunan gənc Səttar orijinal karikaturlar yaratmışdır. Respublikanın kitabxana və arxivlərində aparılmış araşdırmalar nəticəsində aşkar edilən karikaturalar sovet dövründə Azərbaycanda mövcud olmuş çatışmazlıqları əyani şəkildə nümayiş etdirir, cəmiyyəti onlarla mübarizəyə səsləyirdi. Kataloqda rəssamın çəkdiyi 50-yə yaxın karikatura çap olunmuşdur. Bu nəşr rəssamın həyat yolunun başlanğıcında yaradıcılıq axtarışlarını nümayiş etdirməklə bərabər, Səttarın cəmiyyətdə mövcud olan əyintilərlə mübarizə aparmaq əzmində olmasını nümayiş etdirir.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında