Balakəndə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı tədbirlərə yekun vuruldu

“Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünası Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 fevral tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Balakəndə də kifayət qədər tədbirlər reallaşdırılır. Rayon icra hakimiyyətinin tədbirlər planı əsasında mədəniyyət və turizm şöbəsi tədbirlər planı hazırlamış və həmin plana uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir. Bu baxımdan rayon mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən müəssisələrdə keçirilən “dəyirmi masa”lar, ədəbi-bədii gecələr, nümayiş olunan kitab sərgiləri  təqdirəlayiqdir və kimliyimizi tam müəyyən etmək, milli-mənəvi dəyərlər əsasında müasir ruhlu gənclər yetişdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər.

Rayon mədəniyyət mərkəzində bu mövzu ilə bağlı keçirilən yekun tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ş.Hacıyeva soykökümüzü, tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək baxımından “Kitabi-Dədə Qorqud”un zəngin mənbə olduğunu, əsərin yalnız Azərbaycanın yox, bütün türk dünyasının ölməz kitabı kimi misilsiz dəyəri haqqında məlumat verdi. O bildirdi ki, totalitar sovet rejimi 1950-ci illərdə əsərə “pantürküst” damğası vurub yasaqlamış olsa da, 1970-ci illərdən başlayaraq, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsərin təbliği, sovet və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı çox böyük işlər görülmüşdür.

Ş.Hacıyeva ölkə başçısı İlham Əliyevin  2015-ci ilin fevral ayında imzaladığı bu sərəncamın milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində yeni bir mərhələ başlatdığını vurğuladıqdan sonra “Kitabi-Dədə Qorqud” dastanında və qədim türk mədəniyyətində musiqinin rolu barədə fikirlər söylədi.

AMEA-nın Tarix İnsititutunun dissertantı A.Məmmədli “Dastanda əks olunan toponimlərin bölgəmizdə izləri” adlı məruzə ilə çıxış edərək dastanın yarandığı tarixi-coğrafi yer adlarının aydınlaşdırılması baxımından mühüm mənbə olduğunu dedi.

Sonra rayon Mədəniyyət Mərkəzinin işçilərinin xalq yazıçısı Anarın eyniadlı ssenarisi əsasında hazırladıqları tamaşa nümayiş olundu.

İlqar MUSAOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında