AZƏRTAC-ın fotosu Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının mükafatına layiq görülüb

AZƏRTAC-ın fotosu Rumıniyada keçirilən “Bucovina Mileniul lll” International Salon of Photographic Art. Beynəlxalq fotomüsabiqəsində Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) fəxri lentinə layiq görülüb.

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərova “Fotojurnalistika” nominasiyasında qələbə qazandıran fotoşəkil “Təkərlər üzərində yürüş” adlanır. Bu şəkil 2008-ci ilin sentyabrında Pekində keçirilən Paralimpiya Oyunlarında çəkilib.

Qeyd edək ki, bütün fotomüsabiqə iştirakçılarından yalnız doqquz fotojurnalist bu nominasiyada FIAP-ın fəxri mükafatlarına layiq görülüb. FIAP-ın hamiliyi ilə keçirilən fotomüsabiqəyə 49 ölkədən 334 fotoqrafın 2200 işi təqdim olunub. Müsabiqə “Sərbəst mövzu” və “Fotojurnalistika” nominasiyalarında elan edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında