Muzey işçilərinin ümumrespublika müşavirəsi

Beynəlxalq Muğam Mərkəzində muzey işçilərinin ümumrespublika müşavirəsi keçirildi. Tədbirdə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olundu.

Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirdi.

Əbülfəs Qarayev çıxışında muzeylər arasında əməkdaşlıq, informasiya mübadiləsi, muzey işi sahəsində mütəxəssislərin hazırlanması, təbliğat işlərinin gücləndirilməsini, sosial şəbəkələrdə təbliğat kimi önəmli məsələlərə də toxundu.

Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylər, onların fondları, görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Bildirdi ki, hazırda nazirliyin tabeliyində 219 muzey fəaliyyət göstərir. Burada 13 incəsənət, 7 ədəbiyyat, 71 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi, 60 Heydər Əliyev Mərkəzi, 48 ev-muzeyi, 13 ictimai profilli muzey və bir alman irsi mərkəzi daxildir.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Samux rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Beyləqan rayonu Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova çıxış edərək görülən işlər, əldə olunan nəticələr və mövcud problemlərdən danışdılar.

Muzeylərin maddi-texniki bazasının gücləndirilməsi, ekspozisiyaların müasir tələblərə uyğun qurulması, muzey işində internet və elektron resursların rolu mövzularında müzakirələr aparıldı.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında