Ekranda vətənpərvərlik mövzusu

Mədəniyyət və Turizm Nazirliyi ilə Cəfər Cabbarlı adına  “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi “Bizim kino günləri - Audiovizual məkanda  peşəkarlıq” layihəsi  davam edir.

Bu dəfə layihə üçün günümüzün ən əhəmiyyətli və aktual  olan vətənpərvərlik  mövzusu  seçilmişdir. Vətənpərvər müasirimizin obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, vətənpərvərlik filmlərimizin kinoteatrlarda və televiziya ekranlarında yayımlanması ətrafında  söhbət açilması  tədbirin  əsas  qayəsi idi. Layihə  üçün kinomanların və medianın “hədəfi” rejissor   Elxan  Cəfərovun  “Yarımçıq xatirələr” filmi  oldu.

Nizami Kino Mərkəzində  bu münasibətlə  keçirilən tədbiri   giriş  sözü ilə   açan Əməkdar incəsənət  xadimi, kinorejissor Cəmil Quliyev vətənpərvərlik mövzusunun Azərbaycan  kinosu tarixində həmişə müraciət edilən mövzulardan olduğunu  bildirdi. Elxan Cəfərovun  “Yarımçıq  xatirələr”  filminin isə    bu mövzuda yaradılan  çox əhəmiyyətli kino əsəri olduğunu diqqətə  çatdırdı.  Sonra  film  nümayiş etdirildi. Tamaşaçıların  alqışları ilə   sona  yetən bu  film Azərbaycan və  Belarus kinematoqrafçılarının birgə yaradıcılıq işidir.

  Xatırladaq ki,  “Bizim kino günləri” - Audiovizual məkanda peşəkarlıq” layihəsinin artıq iki görüşü keçirilib. Layihə  çərçivəsində “Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmlər  bütün  kinoteatrlarda nümayiş  etdirilir.

Təqdimatda kino ictimaiyyəti, nümayiş olunacaq filmin yaradıcı heyəti və  media nümayəndələri iştirak edirdilər. Filmin nümayişindən sonra  keçirilən müzakirələrdə   müəlliflər  tamaşaçıları   filmin  çəkilişi ilə bağlı   məsələlər ətrafında məlumatlandırdılar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında