Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Viktoriya və Albert Muzeyinin direktoru ilə görüşmüşdür

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 18-20 noyabr 2015-ci il tarixində Londona səfəri çərçivəsində Viktoriya və Albert Muzeyinin direktoru Martin Rotla görüş keçirmişdir. Bu barədə Mədəniyyət  və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.

Məlumatda deyilir ki, görüş zamanı Mədəniyyət və Turizm Nazirliyi ilə sözügedən muzey arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması, muzeydə Azərbaycana aid saxlanılan xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci il Bakı şəhərində keçiriləcək Azərbaycan xalçasına həsr edilmiş 5-ci Beynəlxalq Konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması, muzeydə azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkil edilməsi barədə müzakirələr aparılmışdır.

Görüşün sonunda Əbülfəs Qarayev 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumununda iştirak etmək üçün cənab Rotu Bakı şəhərinə dəvət etmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında