Gəncə ilə tanışlıq tur-aksiya iştirakçılarının xatirəsində silinməz izlər qoyub Ölkəmizi tanıyaq

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncəyə gələn Biləsuvar, Cəlilabad, Salyan, Masallı, Astara, Lənkəran və Lerik rayonlarının IX-XI sinif şagirdləri noyabrın 17-də qədim Nizami yurdu ilə tanışlığa Qoşa qala qapıları – Arxeologiya və Etnoqrafiya Muzey-Kompleksindən başladılar.

Məktəblilər muzey-komplekslə yaxından tanış oldular. Burada şagirdlərə məlumat verildi ki, möhtəşəm dəmir darvazalar Gəncə-Bakı magistral yolunun 7 kilometrliyində inşa edilən, qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanan kompleksə xüsusi əzəmət verir. Burada daş dövründən tutmuş, XX əsrin əvvəllərinə aid eksponatlara rast gəlmək mümkündür.

Məktəblilər dördmərtəbəli qala divarlarının salonlarını gəzərək eksponatlara baxdıqdan sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə gəldilər. Burada şagirdlərə məqbərənin inşasının tarixi, şairin 870 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının imzaladığı sərəncamdan sonra məqbərə ətrafında görülən yenidənqurma işləri barədə ətraflı məlumat verildi. Məktəblilər məqbərə önündə xatirə şəkli çəkdirdikdən sonra Nizami Gəncəvi muzeyində şairin dövrünü əks etdirən eksponatlara baxdılar.

Gəncə ilə tanışlıq Şah Abbas məscidində, Cavad xan türbəsində, “Çökək hamam” tarixi-memarlıq abidəsində, həmçinin Cavad xan küçəsində və Xan bağında davam etdirildi. Tanışlıq zamanı cənub bölgəsinin məktəbliləri həmyaşıdları ilə söhbətlər edərək özlərinə çoxlu dostlar qazandılar.

Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən qrup rəhbəri, akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin müəllimi İbrahim Əzizov AZƏRTAC-a bildirib ki, məktəblilər tur-aksiyaya qoşulduqları üçün çox sevinclidirlər: “Açığını deyim ki, məktəblilərlə bərabər biz müəllimlər də sevinirik. Çünki şagirdlərimiz bu gün respublikamızın ikinci böyük şəhəri Gəncə ilə yaxından tanış oldular. Hətta dahi söz ustası Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, məqbərə önündə xatirə şəkli çəkdirdilər. Vaxt gələcək, bu uşaqlar böyüyəcək və həmin şəklə baxanda xoş hisslər keçirəcəklər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında