Le Parisien: Məryəm Ələkbərli – əsərləri dünyanı dolaşan azərbaycanlı gənc rəssam

Fransanın “Le Parisien” saytında azərbaycanlı gənc rəssam Məryəm Ələkbərli ilə bağlı reportaj yayımlanıb.

Reportajda incəsənət tarixçisi xanım Janet Zvinjenberjer Məryəmin sərgilərinin artıq dünyanın bir çox ölkələrində təşkil olunduğunu vurğulayaq, onun əsərlərinin əsas məziyyətlərindən danışıb. O, azərbaycanlı gənc rəssamın öz daxili aləmini və hisslərinin  rəsmlərin və rənglərin köməyi ilə ifadə etdiyini vurğulayıb.

 J.Zvinjenberjer gənc Məryəmin müasir incəsənətə yaxşı bələd olduğuna toxunaraq, onun rəng seçimi və kompozisiya istedadına valeh olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 23-də Parisdə, dünyanın məşhur rəssamlarının sərgilərinin təşkil olunduğu Luvr muzeyinin Karusel qalereyasında keçirilən “Art Shopping” festivalı çərçivəsində istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında