N.Mixalkov: Mənim əməyimi bu qədər yüksək qiymətləndirdiyinə görə İlham Heydər oğluna çox təşəkkür edirəm

Nikita Mixalkovun Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə dediyi bu təşəkkür sözlərini TASS agentliyinə rejissorun mətbuat xidmətindən çatdırıblar.

N.Mixalkov vurğulayıb ki, Azərbaycanla onun mədəni əlaqələri çoxdan yaranıb. Tanınmış rejissor deyib: “Bunu xatırlamaq kifayətdir ki, mən ”Yadlar arasında özününkü, özününkülər arasında yad" adlı ilk tammetrajlı filmimin əsas səhnələrindən birini məhz Azərbaycanda çəkmişəm. Elə həmin vaxtdan, neçə illər bundan əvvəl azərbaycanlı həmkarlarımla yaradıcılıq dostluğumuz başlanıb. Çox ümid edirəm ki, bu yaradıcılıq əlaqələri davam edəcək. O cümlədən, İlham Heydər oğlu ilə telefon söhbətimizdə Qriboyedov haqqında film üzərində azərbaycanlı həmkarlarımla birgə işləmək imkanını müzakirə etdik. Ümid etmək istəyirəm ki, Azərbaycan dövlətinin bu yüksək mükafatını öz yaradıcılığımla doğrulda biləcəyəm".

Fəridə ABDULLAYEVA
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında