“Nabat” bədii filminin növbəti uğuru

2014-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi “Nabat” bədii filmi 19-25 sentyabr 2015-ci il tarixində Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında iştirak etmiş, “Ən yaxşı rejissor işi” və “Ən yaxşı aktrisa” (Fatimə Motamed Arya) mükafatlarına layiq görülmüşdür.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı məlumat yaymışdır.

Qarabağ müharibəsinin dramatik hadisələrindən birini özündə əks etdirən, güclü milli ruhun daşıyıcısı olan Azərbaycan qadınının parlaq obrazının yaradıldığı “Nabat” filmi bu günədək onlarla kinofestivalda iştirak etmiş və maraqla qarşılanmışdır. O cümlədən, film 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunmuşdur. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda “Beynəlxalq tənqidçilər mükafatı” və “Ekumenik jürinin mükafatı”na, Tripoli Beynəlxalq Film Festivalında “Ən yaxşı tammetrajlı bədii film” mükafatına layiq görülmüşdür.

Filmin çox maraqlı  süjeti var. Müharibə aparan iki dövlətin sərhədlərində yerləşən dağ kəndində Nabat adlı tənha, yaşlı qadın  yaşayır. Bir gün səhər tezdən  məlum olur ki,  kənd camaatı  evlərini tərk edib.  Nabat kənd xarabaya çevrilməsin deyə hər gecə   boşalmış evlərin  işıqlarını yandırır. Bunu görən  düşmən  kəndin  köçmədiyini, döyüşə hazırlaşdığını  zənn edərək, kəndi bombardman edir. Nabat isə  yolda balalarını itirmiş dişi  canavarla  rastlaşır və...

Filmdə rolları Fatima Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov  və Fərhad İsrafilov ifa edirlər.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında